13 Fevral 2021 00:28
1293
Səhiyyə
A- A+

Yaxın günlərdə regionlarda polis əməkdaşlarının vaksinasiyasına başlanılacaq

 

“Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın birinci mərhələsinə uyğun olaraq Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının da vaksinasiya prosesinə start verilib.  İlkin olaraq fevralın 6-dan etibarən nazirliyin Bakıda xidmət aparan əməkdaşları peyvəndləməyə cəlb olunublar. Vaksinasiya DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında, 1 və 2 saylı poliklinikalarında həyata keçirilir. Bu günədək aparılan peyvəndləmə prosesi zamanı əməkdaşlar arasında fəsadlaşma halları qeydə alınmayıb”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində DİN-in Tibb İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Loğman Zeynalov deyib. 

Şöbə rəisinin sözlərinə görə, vaksinasiya mütəşəkkil qaydada həyata keçirilir və bu zaman strategiyanın əsas prinsiplərindən olan könüllülük prinsipi əsas götürülür: “Vaksinasiya üçün müraciət edən əməkdaş öncə həkim tərəfindən müayinə olunur. Hər hansı əks-göstəriş halı olmazsa, həmin şəxsə vaksin vurulur. Birinci dozadan 28 gün sonra həmin əməkdaşa ikinci doza vurulacaq. Vaksinasiya strategiyasında göstərildiyi kimi, son altı ay ərzində koronavirusa yoluxanların, onkoloji xəstəliklərdən, o cümlədən yüksək qan təzyiqindən əziyyət çəkənlərin və dərman preparatlarına qarşı allergiyası olanların peyvəndlənməsi məsləhət görülmür”.

L.Zeynalov qeyd edib ki, yaxın müddətdə regionlarda da polis əməkdaşlarının vaksinasiya prosesinə başlanılacaq. Onların vaksinasiyası Səhiyyə Nazirliyinin və TƏBİB-in yerli müalicə-profilaktika müəssisələrində həyata keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video