19:21 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaxın günlərdə 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsi başlayacaq

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:44 05.02.2021

 

Pandemiya Yer üzünü təhdid etməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir ki, dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 403 mindən çox olub.

Yoluxanların ümumi sayı 103 milyonu, bu xəstəlikdən həyatını itirənlərin sayı isə 2 milyonu ötüb. Hazırda dünyanın bir çox ölkəsində koronavirusdan qorunmağın ən effektiv yolu olan vaksinasiya işi aparılır. Azərbaycanda da yanvarın 18-dən COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.

COVAX ölkələr arasında koronavirus vaksininin paylaşdırılması ilə bağlı ilkin proqnozlarını açıqlayıb. COVAX-ın təqdim edəcəyi “Astra Zeneca” və Oksford Universitetinin vaksinləri fevral ayından gec olmayaraq paylanmağa başlayacaq. Ən çox vaksin dozasını Hindistan əldə edəcək. Bu ölkəyə 97 milyondan çox dozanın ayrılması proqnozlaşdırılır. Banqladeşə 12,8 milyona yaxın, Braziliyaya 10,6 milyondan çox vaksin veriləcək.

COVAX Azərbaycana 506 min doza vaksini verməyi proqnozlaşdırıb. Nazirlər Kabinetindən verilən məlumata əsasən, peyvəndləmə ilə bağlı birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsi başlayacaq. Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb və fevralın 5-dən etibarən bu kateqoriyadan olan vətəndaşlar qeydiyyatdan keçiriləcək. Bundan sonra hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndlənməyə dəvət olunacaq və fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq. Bildirilib ki, ölkədə bu kateqoriyaya aid olan təqribən 700 min vətəndaş var.

Onu da vurğulayaq ki, hələ virus üzə çıxandan bəri dövlətimiz tərəfindən ona qarşı görülən effektiv tədbirlər nəticəsində hazırda ölkəmizdə COVID-19 infeksiyasına yoluxmada müsbət dinamika müşahidə olunur. Bu isə sərt karantin rejiminin mərhələli şəkildə yumşaldılmasına rəvac verir.

Artıq ötən ayın 18-dən sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində məhdudiyyətlərin bir qismi yumşaldılıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sözügedən tarixdən 5 şəhər və 12 rayonda yaşayış yerini və olduğu yeri SMS icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub.

Yanvarın 25-dən muzey və sərgi zallarının, ticarət obyektlərinin (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla), bərbərxanaların, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərə, şəhərlərarası və rayonlararası hərəkətə icazə verilib. Fevralın 1-dən həm ölkə ərazisində ictimai iaşə obyektlərində, həm də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunub.

Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli şəkildə bərpa edilib. İri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunub.

Fevralın 8-dən isə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla ölkənin digər şəhər və rayonlarında ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla həyata keçiriləcək. Qeyd edək ki, bu, fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən təhsil müəssisələrində həyata keçiriləcək.

Layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki  məsafəni  gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla keçiriləcək.

Uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.

15 fevral tarixindən isə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə,  ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla bərpa ediləcək.

 Ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq. X-XI siniflərdə isə əyani tədrisin nə zaman bərpa olunması ilə bağlı vaxt təyin edilməyib.

Onu da qeyd edək ki, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti aprelin 1-dək uzadılıb. Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskadan istifadə məcburidir.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM