26 Avqust 2019 21:32
1052
CƏMİYYƏT
A- A+

Yatmağa kömək edən qidalar


Gün ərzində düzgün qidalanmamaq axşamlar yuxuya getməyə mənfi təsir göstərir. Araşdırmalar nəticəsində belə qənaətə gəlinib ki, qida rasionu yuxu rejiminə birbaşa təsir edir.

AZƏRTAC tibbi saytlara istinadən xəbər verir ki, yuxusuzluqla mübarizədə ən effektli qidalardan biri banandır. Yatmazdan qabaq banan yemək yuxuya getməni təmin edir. Melatonin və seratonin hormonları ilə yanaşı, bananın tərkibində olan maqnezium əzələlərə rahatlıq gətirir. Bananı yatmazdan bir-iki saat əvvəl yemək məsləhətdir.

Kartof yuxu üçün faydalı qidadır. Onun tərkibində olan maddələr mədəni yormur və turşuluq səviyyəsini aşağı salır.

Yuxu dərmanını rahatlıqla əvəz edən digər təbii vasitə isə gilas şirəsidir. İki həftə ərzində səhər və axşam turş gilas şirəsi içmək yuxu sistemini qaydaya salır. Yuxu dərmanından fərqli olaraq gilas daha səmərəli və təhlükəsizdir.

Tərkibindəki bir sıra vitamin və kalsium nəticəsində badam əzələlərin rahatlığına kömək edir. Axşamlar bir ovuc badam yemək şirin yuxu gətirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video