11:39 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Yaşıl Marafon” kampaniyası davam edir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:28 17.04.2021

 

Dünən IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. Binəqədi rayonunun Xocasən qəsəbəsində baş tutan budəfəki aksiyaya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları da qoşulublar.

Bu barədə AZƏRTAC-a dövlət agentliyindən bildirilib. Yuxarıda adıçəkilən dövlət qurumlarının əməkdaşlarının, IDEA İctimai Birliyinin könüllülərinin iştirakı ilə 1 hektar ərazidə 400-dən çox zeytun və Eldar şamı ağacları əkilib. Ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev də iştirak ediblər.

Tədbir zamanı “Yaşıl Marafon” kampaniyasının əhəmiyyətindən bəhs edən Zaur Əliyev bildirib ki, sağlam həyat tərzi üçün ekoloji təmiz mühitin yaradılması müasir dövrdə ən önəmli və aktual məsələlərdən biridir: “Bu kimi layihələr sayəsində həm təbiətin qorunmasına, həm də insanların sağlamlığı üçün zəruri olan ekoloji baxımdan təhlükəsiz və təmiz şəraitin yaradılmasına töhfə verilir”.

Yaz və payız ağacəkmə mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu faydalı təşəbbüsə dəstək olmağa və təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM