14 Aprel 2021 19:40
675
İQTİSADİYYAT
A- A+

Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib

 

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İşçi Qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda birinci iclasdan ötən dövr ərzində görülmüş işlər müzakirə edilib. Strategiyanın hazırlanması ilə bağlı fəaliyyət istiqamətlərinin, iş planının ilkin layihəsinin, alt-məqsədlər və hədəf göstəricilərinin, qəbul ediləcək dövlət proqramlarının, digər sənəd və tədbirlərin ümumi siyahısının hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyi bildirilib.

“2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasına alt İşçi Qrupunun fəaliyyət istiqaməti üzrə ixtisaslaşmış məsləhətçi şirkətin, digər dövlət orqanlarının, dövlət şirkətlərinin, elm və ali təhsil müəssisələrinin, konfederasiya, assosiasiya, vətəndaş cəmiyyətini təmsil edən təşkilatların və özəl qurumların nümayəndələrinin cəlb edilməsinə dair fikir mübadiləsi aparılıb. İşçi Qrupu üzvlərinin iş prosesinin təşkilinə dair təklifləri müzakirəyə çıxarılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video