15 Oktyabr 2013 12:10
585
Oxucu məktubları
A- A+

Yaşıl ada

 

Siyəzən rayon mərkəzi yenidən salınan Bakı-Rostov magistral yolunun üst tərəfində yerləşir. Bir tərəfdən boz və yalın dağlar, dıgər tərəfdən isə yovşanlıqları və seyrək kolluqları ilə dənizədək uzanan bu yerlərin təbiəti uzun illər cansıxıcı, darıxdırıcı və yeknəsəq olub. Bu torpaqlara həyat vermək, həm də şəhərin simasını dəyişdirmək üçün çox əziyyətə qatlaşmaq lazım idi. Illər keçdikcə yollarımız dəyişdi, yeniləşdi, yaşıllıqlar da tədricən artmağa başladı. İndi yeni Bakı-Rostov magistralı müasir yol tikintisinin ən gözəl nümunələrindədir. Hazırda kənd yollarında təmir işləri gedir.

Əvvəllər də rayonumuzda abadlıq-quruculuq işləri görülürdü. Lakin yaşıllaşdırmaya fikir verilmirdi. İndi rayonumuzda aparılan tikinti işləri ilə yanaşı yaşıllaşdırmaya da xüsusi önəm verilməsi bizi çox sevindirir. Çünkü yaşıllıqların sayı artdıqca şəhər də simasını dəyişir, gözəlləşir, cazibədar və rəngarəng olur. Rayon mərkəzinə girişlərin hər iki tərəfində xeyli ağac və gül kolları əkilib, təmir edilən küçələrdə yaşıllaşdırma işləri görülür. Bütünlükdə isə rayonun ərazisində son iki-üç ildə 50 minə yaxın qovaq, çinar, şam və müxtəlif dekorativ ağaclar əkilib. Payızın sonundan yaşıllaşdırma işlərinə yenidən start veriləcək. Daha böyük ərazilərdə müxtəlif ağacların əkilməsi nəzərdə tutulur. İndi rayonumuz boz dağların, çılpaq düzlərin əhatəsində salınan yaşıl adaya bənzəyir.

 

Fəxrəddin MÜRVƏTOV,

Siyəzən rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video