23 Iyul 2014 12:07
547
Oxucu məktubları
A- A+

«Yaşayış zonası» yol nişanının tətbiq və təbliğinə böyük ehtiyac var

 

Bakı şəhərində nəqliyyat vasitələrinin sayı artdıqca, hərəkətdə sıxlıq, yollarda tıxaclar yarandıqca yaşayış zonalarında sakinlərin problemləri də çoxalır. Sıxlıqdan, tıxacdan yayınmaq istəyən sürücülər "alternativ" yaşayış zonalarına - binaların, evlərin  yollarına üz tuturlar. Bu da bina, həyət sakinləri arasında haqlı narazılıq doğurur. İnsanlar evlərinə rahat gedib-gələ bilmir, uşaqlar, qocalar  hər an təhlükə ilə üzləşirlər. Bəzən elə olur ki, yaşayış zonalarından keçməklə özlərinə yol açmağa çalışan sürücülərin çoxluğu ucbatından binaların qarşısında da tıxaclar yaranır. Maşın əlindən, keçid üstünlüyü uğrunda sürücülərin qopardığı səs-küydən, siqnaldan, avtomobillərin buraxdığı qazdan-tüstüdən nə evdə oturmaq olur, nə həyətdə. Hərəkətin seyrək vaxtlarında binaların önündən, həyət yollarından yüksək sürətlə ötüb keçənlər də az deyil. Yaşlı anam var,  qulaqları zəif eşidir. Onun kimi yaşlı və müxtəlif xəstəliklərdən əziyyət çəkən qonşularımız var. Hər dəfə onlar həyətə gəzməyə düşəndə bizim ürəyimiz düşür ki, birdən  binanın önündən yüksək sürətlə şütüyən avtomobilləri görməz və ya eşitməzlər, bədbəxt hadisə baş verər. Bəzən uşaqlar bloklardan həyətə qaçaraq çıxır, eyni qaydada da  idman meydançasından topun  arxasınca yola şığıyırlar. Həyətlərdə velosiped sürən uşaqlar da dövrə vurarkən yoldan keçməli olurlar...

Xatırladım ki, "Yol hərəkəti haqqında" qanunun yaşayış zonalarında hərəkəti əhatə edən 45-ci maddəsinə əsasən, "yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir". Bundan başqa, yaşayış zonasında  piyadaların üstünlüyü tanınır. Eləcə də maşınlar saatda 20 kilometrdən artıq sürətlə hərəkət edə bilməzlər. Yaşayış zonalarında sürmə təlimi keçmək, mühərriki söndürmədən dayanmaq, habelə icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin durması da qadağandır. Özü də bu maddənin bütün tələbləri həyət ərazilərinə də şamil edilir...

Yaxşı olardı ki, 2009-2010-cu illərdə qanuna əlavə edilmiş bu maddənin və müvafiq yol nişanının məzmunu KİV tərəfindən tez-tez təbliğ edilsin, sürücülərə tanıdılsın - bir çoxu hələ də bunlardan xəbərsizdir. Çox istərdik ki,  Dövlət Yol Polisi hələ heç bir yerdə rast gəlinməyən 5.51 "Yaşayış zonası"  və 5.52 "Yaşayış zonasının qurtaracağı" nişanlarının yaşayış zonalarında geniş tətbiqinə başlasın və onların tələbinə sürücülərin riayət etməsini ciddi nəzarətə götürsün. Bu maddə və nişanları əhatə edən sualların sürücülük imtahanlarına salınması da məqsədəuyğun olardı. 

 

Elmar SADIXOV,

Bakı sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video