19 Avqust 2021 00:45
2080
Qanunlar
A- A+

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Psixiatriya yardımı haqqında”, “İcbari sığortalar haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 88; 2001, № 11, maddələr 669, 676; 2002, № 1, maddə 2, № 5, maddələr 237, 243; 2006, № 6, maddə 478; 2007, № 8, maddə 756, № 12, maddə 1197; 2008, № 7, maddə 602, № 8, maddə 701; 2009, № 7, maddə 519; 2010, № 3, maddə 171; 2013, № 3, maddə 229, № 5, maddə 470; 2014, № 11, maddə 1336; 2015, № 5, maddə 497; 2016, № 1, maddə 37; 2017, № 1, maddə 29; 2018, № 12 (I kitab), maddə 2506; 2020, № 7, maddə 826) 2-ci maddəsinin birinci hissəsindən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılsın.

Maddə 2. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 106; 2001, № 12, maddə 731; 2002, № 1, maddə 4; 2004, № 8, maddə 606, № 9, maddə 666; 2007, № 3, maddə 206, № 6, maddələr 560, 598, № 11, maddə 1078; 2008, № 8, maddə 699, № 11, maddə 960; 2009, № 6, maddə 395; 2010, № 4, maddə 276; 2013, № 12, maddə 1497; 2018, № 3, maddə 399, № 5, maddə 886, № 12 (I kitab), maddə 2481; 2019, № 7, maddə 1194; 2020, № 4, maddə 394, № 7, maddə 826) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 30-4-cü maddənin ikinci hissəsi üzrə:

2.1.1. 2-ci bənd üzrə:

1. birinci abzasdan “dərəcəsi” sözü çıxarılsın;

2. ikinci abzasda “I dərəcə” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə “ sözləri ilə əvəz edilsin;

3. üçüncü abzasda “II dərəcə” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə “ sözləri ilə əvəz edilsin;

4. dördüncü abzasda “III dərəcə” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə “ sözləri ilə əvəz edilsin;

2.1.2. 3-cü bənddən “dərəcəsi” sözü çıxarılsın;

2.2. 30-5-ci maddənin beşinci hissəsində “nəticəsi olan əlillik dərəcəsi daha ağır əlillik dərəcəsi ilə əvəz olunduqda” sözləri “nəticəsində müəyyən edilmiş orqanizmin funksiyalarının pozulmasının daha yüksək faizi müəyyən edildikdə” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 399; 2001, № 12, maddə 736; 2005, № 8, maddə 692, № 10, maddə 872; 2006, № 12, maddə 1007; 2008, № 6, maddə 462, № 11, maddə 960; 2011, № 2, maddə 71; 2013, № 12, maddə 1491; 2015, № 2, maddə 73; 2016, № 3, maddə 415; 2017, № 5, maddə 686; 2019, № 1, maddə 33, № 11, maddə 1691; 2020, № 7, maddə 826)  5-ci maddəsinin birinci hissəsinin “ç” bəndində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasda “I dərəcə əlilliyə” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına” sözləri ilə əvəz edilsin;

3.2. üçüncü abzasda “II dərəcə əlilliyə” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına” sözləri ilə əvəz edilsin;

3.3. dördüncü abzasda “III dərəcə əlilliyə” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002, № 1, maddə 4,  № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə 1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11, maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, № 1, maddə 21; 2014, № 2, maddə 85, № 7, maddələr 782, 784; 2015,  № 2, maddə 98, № 4, maddə 346, № 5, maddə 483, № 11, maddə 1286; 2016, № 6, maddə 1004, № 11, maddə 1789, № 12, maddə 2033; 2017, № 6, maddə 1034, № 7, maddə 1305, № 11, maddə 1965; 2018, № 1, maddə 12, № 3, maddə 395, № 5, maddə 888, № 7 (I kitab), maddə 1442, № 12 (I kitab), maddə 2525; 2019, № 1, maddə 22, № 7, maddələr 1196, 1206, № 12, maddə 1895; 2020, № 7, maddə 826) 113-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsinə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin və həmin cümlədə “müvafiq dərəcədən” sözləri “onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun” sözləri ilə əvəz edilsin.

Maddə 5. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497; 1999, № 5, maddə 285; 2001, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003, № 6, maddə 256; 2004, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006, № 2, maddə 66, № 12, maddə 1028; 2007, № 6, maddə 560, № 11, maddə 1052, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2009,  № 2, maddə 46, № 12, maddə 949; 2010, № 11, maddə 962; 2011, № 2, maddələr 70, 71, № 7, maddə 616; 2012, № 6, maddə 510; 2013, № 11, maddələr 1285, 1305, 1316; 2015, № 2, maddə 104, № 4, maddə 345, № 6, maddə 681; 2016, № 2, maddə 189, № 4, maddə 658; 2017, № 6, maddə 1060, № 7, maddə 1262; 2019, № 2, maddə 180, № 9, maddə 1484; 2020, № 5, maddə 521, № 7, maddə 826, № 12 (I kitab), maddə 1425) 16-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. üçüncü hissədə “sağlamlıq imkanları məhdud uşaqları” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsləri” sözləri ilə əvəz edilsin;

5.2. beşinci hissədə “sağlamlıq imkanlarının məhdudluğu” sözləri “əlilliyi” sözü ilə əvəz edilsin.

Maddə 6. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998,   № 1, maddə 14; 2001, № 3, maddələr 138, 145, 146, 147, № 12, maddələr 731, 745; 2002, № 6, maddə 328, № 8, maddə 464; 2004, № 2, maddə 57, № 11, maddə 886; 2005, № 7, maddələr 576, 588, № 10, maddə 871; 2006, № 4, maddə 312, № 11, maddə 933; 2007, № 8, maddə 756, № 11, maddə 1078; 2008, № 7, maddə 602, № 8, maddə 695, № 12, maddə 1048; 2010, № 6, maddə 482; 2011, № 2, maddə 71; 2015, № 5, maddə 501, № 10, maddə 1086, № 11, maddə 1250; 2016, № 1, maddə 16; 2017, № 3, maddə 328, № 12  (I kitab), maddə 2207; 2018, № 12 (I kitab), maddə 2488; 2019, № 2, maddə 180; 2020, № 6, maddə 669, № 7, maddə 827) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 72-ci maddəsinin ikinci hissəsinin “z” bəndinin dördüncü abzasının birinci cümləsində “birinci və ikinci dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

Maddə 7. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484; 2001, № 3, maddə 143, № 11, maddələr 676, 687, № 12, maddə 731; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 7, maddə 507; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 560; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 4, maddə 275; 2013, № 11, maddə 1317; 2015, № 5, maddə 484; 2016, № 6, maddə 968; 2017,  № 7, maddə 1263; 2019, № 1, maddə 9, № 11, maddə 1684, № 12, maddələr 1881, 1908; 2020, № 6, maddə 670, № 7, maddə 827, № 11, maddə 1332) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 35-ci maddənin ikinci hissəsində “uşaqların sağlamlıq imkanları məhdudluğunun” sözləri “uşaqlar arasında əlilliyin” sözləri ilə əvəz edilsin;

7.2.   36-cı maddə üzrə:

7.2.1. adında “Sağlamlıq imkanları məhdud uşağa” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə” sözləri ilə əvəz edilsin;

7.2.2. birinci hissədə “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə” sözləri ilə, “Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş” sözləri “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə, “və uşağa” sözləri “və həmin şəxsə” sözləri ilə əvəz edilsin;

7.2.3. ikinci hissədə “qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu” sözləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq əlillik” sözləri ilə əvəz edilsin.

Maddə 8. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352; 2015, № 1, maddə 2, № 2, maddələr 76, 79, 105, № 5, maddə 502, № 6, maddə 686, № 11, maddələr 1256, 1276; 2016, № 11, maddələr 1758, 1784, 1795, № 12, maddə 1993; 2017, № 2, maddələr 138, 150, № 5, maddə 727, № 8, maddə 1507, № 10, maddə 1774, № 12  (I kitab), maddə 2215; 2018, № 2, maddələr 143, 157, № 4 maddə 645, № 6, maddələr 1165, 1192, № 7 (I kitab), maddələr 1432, 1436, 1439; 2019, № 1, maddə 46, № 6, maddə 997, № 7, maddə 1183, № 8, maddə 1376; 2020, № 5, maddə 521, № 7, maddələr 827, 847, № 12 (I kitab), maddə 1425; Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 269-VIQD nömrəli və   23 aprel tarixli 303-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1-ci maddə üzrə:

8.1.1. 28-ci bənddə “arabalar” sözü “açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaq” sözləri ilə əvəz edilsin;

8.1.2. 36-cı bənddə “mühərriksiz arabalarda” sözləri “açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaqda” sözləri ilə və “uşaq və ya əlilliyi olan şəxs üçün araba” sözləri “uşaq üçün araba və ya əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacağı” sözləri ilə əvəz edilsin;

8.1.3. 37-ci bənddən “əlilliyi olan şəxs üçün arabalar istisna olmaqla,” sözləri çıxarılsın;

8.2. 9-cu maddənin III hissəsindən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri çıxarılsın;

 8.3. 40-cı maddənin I hissəsinin 1-ci və 3-cü bəndlərində “mühərriksiz arabalarda” sözləri “açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaqlarda” sözləri ilə əvəz edilsin;

8.4. 72-ci maddə üzrə:

8.4.1. birinci hissənin 5-ci bəndində “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

8.4.2. Qeyd hissəsində “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə, “əlillik dərəcəsini” sözləri “orqanizmin funksiyalarının pozulması faizini” sözləri ilə əvəz edilsin.

Maddə 9. “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 56; 2002, № 6, maddə 328; 2004, № 3, maddə 133; 2008, № 7, maddə 602; 2017, № 7, maddə 1281; 2018, № 3, maddə 370; 2020, № 7, maddə 827) 22-ci maddəsinin ikinci hissəsinin birinci cümləsindən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri çıxarılsın.

Maddə 10. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477; 2001, № 11, maddə 687, № 12, maddələr 731, 736; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 561, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2010, № 4, maddə 275; 2013, № 5, maddə 477; 2016, № 11, maddə 1765; 2018, № 5, maddə 872, № 12 (I kitab), maddə 2505; 2019, № 8, maddə 1382, № 12, maddə 1908; 2020, № 5, maddə 507, № 6, maddə 670, № 7, maddə 827, № 11, maddə 1330, № 12 (I kitab), maddə 1425) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 1-ci maddənin birinci hissəsi üzrə:

10.1.1. on birinci abzasda “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

10.1.2. on altıncı abzasda “sağlamlıq imkanları məhdud uşaqlar” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilsin;

10.2. 7-ci maddənin ikinci hissəsinin ikinci cümləsində “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

Maddə 11. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 569; 2001, № 12, maddə 736; 2005, № 8, maddə 692; 2006, № 11, maddə 928; 2007, № 6, maddə 560; 2008, № 8, maddə 695, № 11, maddə 960; 2009, № 12, maddə 966; 2013, № 4, maddə 357; 2014, № 1, maddə 8, № 4, maddə 337; 2015, № 2, maddə 75, № 3, maddə 251; 2020, № 7, maddə 827) 5-ci maddəsinin ikinci hissəsinin “c” bəndində aşağıdakı dəyişikliklər edilsin:

11.1. ikinci abzasda “I dərəcə” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə” sözləri ilə əvəz edilsin;

11.2. üçüncü abzasda “II dərəcə” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə” sözləri ilə əvəz edilsin;

 11.3. dördüncü abzasda “III dərəcə” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə” sözləri ilə əvəz edilsin.

Maddə 12. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3  (I kitab), maddə 125; 2001, № 12, maddələr 731, 736; 2004, № 11, maddə 901; 2006, № 6, maddə 478; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 5, maddə 348, № 7, maddə 602; 2012, № 6, maddə 506; 2013, № 6, maddələr 599, 624; 2014, № 4, maddə 341, № 7, maddə 775; 2016, № 2 (I kitab), maddə 200, № 12, maddələr 1994, 1995; 2017, № 5, maddə 720, № 12 (I kitab), maddə 2229; 2018, № 1, maddə 20, № 11, maddə 2223; 2019, № 1, maddə 11, № 6, maddə 989, № 7, maddə 1183; 2020, № 7, maddə 828, № 12 (I kitab), maddə 1425) 2-ci maddəsinin üçüncü hissəsindən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri çıxarılsın.

Maddə 13. “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 484; 2001, № 12, maddə 736; 2002, № 6, maddə 328; 2005, № 12, maddə 1093; 2008, № 7, maddə 602; 2016, № 4, maddə 649; 2017, № 7, maddə 1283; 2018, № 3, maddə 372; 2020, № 7, maddə 828) 4-cü maddəsinin birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

13.1. beşinci abzasdan “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri çıxarılsın;

13.2. altıncı abzasdan “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılsın.

Maddə 14. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 569; 2011, № 11, maddə 990; 2012, № 5, maddə 407; 2016, № 4, maddə 659; 2020, № 7, maddə 828, № 12 (I kitab), maddə 1425) 15.0.3-cü maddəsindən “, o cümlədən sağlamlıq imkanlarının məhdudluğunun” sözləri çıxarılsın.

Maddə 15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 788; 2013, № 7, maddə 776; 2014, № 7, maddə 778, № 12, maddə 1523; 2016, № 2 (I kitab), maddə 185, № 3, maddə 414; 2017, № 2, maddə 149, № 7, maddə 1287; 2019, № 1, maddələr 27, 48; 2020, № 7, maddə 831) aşağıdakı dəyişikliklər edilsin:

15.1. 14.2.3-cü maddənin birinci abzasından “, o cümlədən sağlamlıq imkanları məhdudluğunun” sözləri çıxarılsın;

15.2.  14.2.3.1 - 14.2.3.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“14.2.3.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz;

14.2.3.2. orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz;

14.2.3.3. orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz;”;

 15.3. 14.2.4-cü maddədən “və ya sağlamlıq imkanları məhdudluğu” sözləri çıxarılsın.

Maddə 16. “Dağınıq skleroz xəstə

liyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 272; 2019, № 11, maddə 1685; 2020, № 7, maddə 831; Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 312-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

16.1. 4.1-ci maddədən “, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılsın;

16.2. 9.2-ci maddə üzrə:

16.2.1. birinci cümlədən “, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılsın;

16.2.2. ikinci cümlədə “sağlamlıq imkanlarının məhdudluğu” sözləri “əlilliyi” sözü ilə əvəz edilsin;

16.3. 9.3-cü maddədən “, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılsın.

Maddə 17. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 iyun 2021-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video