06:21 16 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:45 18.04.2021

 

“YAŞAT” Fondu ölkə başçısının müvafiq Fərmanı ilə yaradılıb. Fond yaradılan gündən bir platforma - yashat.gov.az təsis olunub və “YAŞAT” Fondunun fəaliyyəti həmin platforma üzərindən həyata keçirilir. Saytın “Müraciət et” bölməsinə Fərmanla “YAŞAT” Fondunun əhatə dairəsinə aid olan şəxslər müraciət edə bilərlər. Fondun əhatə dairəsinə aid olan şəxslər şəhidlərin ailə üzvləri, müharibə zamanı xəsarət almış və əlilliyi müəyyən edilmiş şəxslərdir. Fondun fəaliyyəti çərçivəsində əsas məsələlərdən biri də şəffaflığın, operativliyin və hesabatlılığın təmin edilməsidir.

Fondun fəaliyyətini təşkil edən struktur vahidində çalışan əməkdaşlar şəhidlərin ailə üzvləri, eləcə də qazilərdən ibarətdir. Bu komanda ilə biz böyük işlər görürük.

AZƏRTAC xəbər verir ki, bunu xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş III “Fərqli Fərdlər” Konqresində “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova deyib.

Onun sözlərinə görə, "YAŞAT" Fondunun əməkdaşları yaranan andan etibarən respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər: “Bundan əlavə, sayt üzərindən 2 min 690 ağır yaralanmış qazimiz qeydiyyatdan keçib. Ümumilikdə Fondun əməkdaşları 14 mindən çox şəhid ailə üzvü və yaralı ilə görüşüb. Onların problemləri, ehtiyacları dinlənilib və qeydiyyata alınıb. Ümumi müraciətlərdən 5 min 685-i artıq öhdəliyə götürülüb.

Fondun dörd fəaliyyət istiqaməti var. Onlara məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, istehlak kreditləri və borc öhdəliklərinin qarşılanması və təhsil xərclərinin ödənilməsi aiddir. Bu istiqamətlər üzrə 4 mindən çox insana dəstək göstərilib.

Bu platformanın yaradılma məqsədlərindən biri də hesabatlılığın və şəffaflığın təmin edilməsidir".

O bildirib ki, hazırda “YAŞAT” Fondunun prioritet məsələlərindən biri də ağır yaralanmış qazilərin öz sağlamlıqlarına qovuşmalarıdır: “Bu sahədə də kifayət qədər böyük işlər görməyə çalışırıq. Belə ki, İsraildən dəvət olunmuş oftalmoloqlar tərəfindən 140-dan çox qazinin gözü müayinə olundu, əməliyyatlar aparıldı, bəzi qazilərin gözlərinə protezlər yerləşdirildi. İsrailli həkimlər ölkəmizə humanitar yardım məqsədilə gəlmişdilər.

Yaralıların yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması məqsədilə onların müalicəsi həm ölkəmizdə, həm də Türkiyə Respublikasında aparılır. 51 ağır yaralı qazimiz müalicə məqsədilə qardaş ölkəyə göndərilib. Ən böyük istəyimiz əlil arabasında və ya xərəkdə yola saldığımız ağır yaralı qardaşlarımızın ölkəmizə ayaq üstə geri dönmələrini görməkdir. Biz bunun üçün əlimizdən gələni edirik. Növbəti siyahılar hazırdır. Qarşıdakı günlərdə onlarla qazimiz müalicə üçün Türkiyəyə göndəriləcək. Onu da qeyd edim ki, beş qazimiz sağlamlığına qovuşaraq ölkəmizə geri qayıdıb. Bu, bizi çox sevindirir.

Fondun fəaliyyəti çərçivəsində müxtəlif layihə və aksiyalar da həyata keçirilir. Bunlardan biri sentyabrın 27-dən sonra dünyaya gələn şəhid övladları ilə bağlı olan layihədir. Həmin layihə çərçivəsində şəhid övladlarının ilkin olaraq zəruri xərclərinin qarşılanması məqsədilə körpələrin analarına 1000 AZN vəsait təqdim olunur. Ondan sonra həmin uşaqlar üçün bank hesabı açılır və müqavilə bağlanır. Həmin bank hesabına Fonda edilmiş ianələr vasitəsilə 5000 AZN vəsait yerləşdirilir. Vəsait 16 yaşı tamam olduqdan sonra uşağın özü tərəfindən bank hesabından çıxarıla bilər. Bankla edilmiş razılaşmaya əsasən vəsaitin üzərinə illər üzrə faiz gələcək. Uşağın anası valyutanı istədiyi kimi dəyişə bilər. Həmçinin ana ilə bank arasında bağlanmış müqaviləyə əsasən həmin vəsait bəzi istisna hallarda qeyd edilən vaxtdan tez hesabdan çıxarıla bilər.

Bundan əlavə, Fondun əsas istiqamətlərindən biri də təhsil istiqamətidir. Biz çalışırıq ki, həm qazilərin özlərinin, həm də şəhidlərimizin övladlarının yüksəksəviyyəli təhsil xidmətlərindən faydalanmasına nail olaq. Bir neçə özəl məktəblə danışılıb və onlarla müqavilələr bağlanılıb. Bu barədə elan da verilib. Şəhidlərin övladları həmin elan üzrə qeydiyyatdan keçərək müvafiq prosedur-qayda təmin olunduqdan sonra o məktəblərdə ödənişsiz olaraq təhsil alacaqlar. Həmçinin ölkə xaricində təhsil alan şəhid övladları var ki, onların da bir neçəsinin təhsil xərclərini "YAŞAT" Fondu qarşılayacaq”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM