28 Aprel 2014 07:04
402
Səhiyyə
A- A+

Yasamal rayonunda 155 min 988 nəfər tibbi müayinədən keçmişdir

Yasamal rayonu Prezident İlham Əliyevin tapşırığı ilə fevralın 17-dən ölkədə aparılan əhalinin tibbi müayinədən keçirilməsi aksiyasına fəal qoşulmuşdur. Rayonun ərazisində Respublika və Eksperimental xəstəxanaları, on poliklinika və 15-dək xüsusi tibb müəssisəsi fəaliyyət göstərir.

AzərTAc xəbər verir ki, əhalinin profilaktik tibbi müayinədən keçirilməsi ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti müvafiq strukturların nümmayəndələrindən ibarət komissiya yaratmış, xüsusi qrafiklər tərtib edilmişdir. Rayon sakinləri arasında təşkilati izahat işi aparılır.
Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elçin Əhmədov bildirmişdir ki, 3, 16 və 19 nömrəli şəhər poliklinikalarında aksiyanın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Fevralın 17-dən rayonun 155 min 988 sakini tibbi müayinədən keçmişdir. 6377 nəfər ambulator, 159 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur.
Bundan əlavə, idarə və təşkilatlarda işçilərin, eləcə də evdə xəstə yatanların müayinəsi üçün səyyar həkim briqadaları yaradılmışdır.
Üç nömrəli şəhər poliklinikası baş həkiminin müavini Zərifə Mirzəyeva demişdir ki, rəhbərlik etdiyi tibb müəssisəsi 2010-cu ildə Dövlət Proqramı çərçivəsində əsaslı təmir olunmuş və ən müasir tibbi avadanlıqla təmin edilmişdir. Fevralın 17-dən mayın 1-dək 59 min 750 nəfər rayon sakininin tibbi müayinədən keçirilməsi planlaşdırılır. Hazırda 50 min 200 nəfərdən çox sakin tibbi müayinədən keçmişdir ki, bu da rayonda yaşayanların ümumi sayının 85 faizindən çoxunu təşkil edir. 1370 nəfər ambulator, 75-i isə stasionar müalicəyə cəlb olunmuşdur.
Z.Mirzəyeva onu da qeyd etmişdir ki, poliklinikada səyyar həkim briqadası yaradılmışdır. Bu briqada təşkilat və idarələrdə, məktəblərdə qrafik üzrə müayinələr aparır, həmçinin evlərdə yaşlılara və xəstə yatanlara xidmət göstərirlər. Xəstəliklər aşkarlandıqda müvafiq müayinə kursu təyin olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video