13 Sentyabr 2021 11:41
676
CƏMİYYƏT
A- A+

Yaralı əsgərlərə həyat bəxş edən şəhid anası: Oğlumun şəhid olacağı heç ağlıma gəlmirdi

 

Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid Şamil Əliyev hələ Aprel döyüşlərində ermənilərin qorxulu kabusuna çevrilmişdi. O, qəhrəman kimi yaşadığı ömrünü ən uca zirvədə - şəhidlik məqamı ilə başa vurdu, həm də ata-baba yurdu olan Füzuli rayonunun azadlığı uğrunda.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əliyev Şamil Xançoban oğlu 1996-cı il martın 20-də dünyaya göz açmışdı. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilirdi. Hərbçi olmaq arzusu ilə yaşayan Şamil həqiqi hərbi xidmətini də ən çətin və şərəfli bir vəzifədə - kəşfiyyatçı olaraq yerinə yetirdi. Xidmətini fərqlənmə ilə bitirən Şamil evə döndükdən sonra ailəsindən xəbərsiz yenidən ordu sıralarında xidmət etmək üçün müraciət edib və arzusuna da çatıb. 2015-ci ildən müddətdən artıq xidmətçi kimi Vətənin keşiyində dayanan Şamil xüsusi təyinatlı qüvvələrdə kəşfiyyatçı kimi xidmətini davam etdirib. 2020-ci il sentyabrın 27-də düşmən təxribatının qarşısının alınması məqsədilə ordumuzun əks-hücumunda Şamil də ön sıralarda döyüşə qatılıb.

Şəhid anası Sədaqət Əliyeva qəhrəman oğlu haqqında fəxrlə danışır. Vətən müharibəsində xəstəxanada tibb bacısı işləyən Sədaqət Əliyeva deyir ki, hər dəfə təxliyə maşını gəldikdə çox həyəcanlı anlar keçirib: “Yaralılarımıza ilkin tibbi yardım göstərmək üçün var gücümüzlə çalışırdıq. Şamillə hər gün əlaqə saxlayırdıq və torpaqlarımızın azad edilməsi müjdəsini bizə çatdırırdı. Deyirdi ki, az qalıb Şuşaya da bayrağımızı sancacağıq”.

Oktyabr ayının 16-da birgünlük istirahət üçün evə buraxılan Sədaqət Əliyevaya vaxtısz zəng gəlir, onu xəstəxanaya çağırırlar. “Həmin gün çox narahat idim, sanki nəsə itirmişdim, tapa bilmirdim. Amma Şamilin şəhid olacağı heç ağlıma gəlmirdi. Çünki o, yaralı halda belə döyüşə atılan qəhrəman idi. Lakin xəstəxanaya çatanda övladımın şəhid olduğunu öyrəndim. Çətin olsa da, övladımın Vətən uğrunda şəhid olması ilə qürur duyuram”, - deyə şəhid anası bildirir.

Şəhidin dostu Naib Əliyev isə deyir ki, Şamil düşmənin xeyli canlı qüvvəsinin və texnikasının məhv edilməsində şücaət göstərib. Hətta ermənilərin xüsusi təyinatlı hərbçilərinin əsir götürülməsində iştirak edib. Onun döyüş yolu Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində olub.

Vətən müharibəsində Əliyevlər ailəsindən iki qardaş Şamil və Kamil iştirak ediblər. Şamilin yarım qalan arzusunun gerçəkləşməsini həyata keçiriənlərən biri isə onun qardaşı Kamil olub. Şəhid anası Sədaqət Əliyeva isə döyüşlər ərəfəsində tibb bacısı olaraq yüzlərlə döyüşçünün həyatını xilas edib.

Şamil ata-baba yurdu Böyük Bəhmənlidə dəfn edilib. O, döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video