00:26 21 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb
ANA SƏHİFƏ / SİYASƏT
14:51 02.03.2021

 

Yaponiyanın nüfuzlu JIJI PRESS agentliyi Azərbaycanın Ermənistan ordusunun işğalından azad edilmiş ərazilərində aparılan böyük quruculuq işləri barədə məqalə yayıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Böyük aeroportun inşası Azərbaycanın Dağlıq Qarabağ regionuna nəzarətini daha da gücləndirəcək” adlı məqalədə ötən ilin payızında baş vermiş Vətən müharibəsi barədə məlumat öz əksini tapıb. Qeyd edilib ki, Azərbaycanın qələbəsi və 30 ilə yaxın bir dövrdə Ermənistan ordusunun işğalı altında olan torpaqların azad edilməsi regionda böyük quruculuq işlərinə şərait yaradıb. Belə obyektlərdən biri kimi Fizuli aeroportunun xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Azərbaycanın möhkəm etnik əlaqələrə malik olduğu Türkiyənin dəstəyi ilə inşa edilən yeni aeroportun strateji əhəmiyyət daşıdığı, Ermənistanın işğalçı siyasətinə qarşı yönəldiyi də yazıda qeyd edilir.

Bildirilir ki, tikinti işləri ötən ilin sentyabr-noyabr aylarında baş tutmuş müharibə nəticəsində azad edilən Fizuli rayonu ərazisində aparılır. Agentliyin müxbirinin həmin əraziyə fevralın 27-də səfəri zamanı burda ağır texnikanın işləməsinin şahidi olduğu qeyd edilir.

Bu ərazidə Azərbaycan hökumətinin qərarı ilə inşa edilən uçuş-enmə zolağının 3 min metr uzunluğunda olacağı, beynəlxalq status daşıyacağı qeyd edilir. Məqalədə Fizuli rayonunun coğrafi mövqeyinə də xüsusi diqqət yetirilir. Bildirilir ki, Dağlıq Qarabağın cənub-şərqində yerləşən Fizuli rayonu 1993-cü ildə erməni işğalçıları tərəfindən ələ keçirilib. Bu ərazidə yaşayan insanlar qovulub, yaşayış məskənləri isə dağıdılıb. Bildirilir ki, hazırda inşa edilən aeroportun kənarında dağılmış evlər, üzüm tarlalarının qalıqları aydın görünür.

Məqalədə aeroportun yaxınlığında yarımstansiya və magistral yolun da inşa edildiyi qeyd edilir. Bu magistral yol aeroportu Dağlıq Qarabağın əsas yaşayış məntəqəsi hesab olunan Şuşa şəhəri ilə birləşdirəcək. Yolun inşası isə 2022-ci ilədək yekunlaşacaq.

Yazıda, həmçinin vurğulanır ki, aeroportun fəaliyyətə başlaması Azərbaycanın Ermənistan qarşısında havada üstünlüyünü daha da möhkəmləndirəcək. Bundan əlavə, qonşu İranla da əlaqələrin inkişafına təsir göstərəcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM