12:32 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaponiyada referendum keçiriləcək
ANA SƏHİFƏ / DÜNYA
18:24 11.06.2021

 

Yaponiya parlamentinin yuxarı palatası üç il davam edən müzakirələrdən sonra yenidən baxılan milli referendum haqqında qanunu qəbul edib.
 TASS agentliyinin xəbərinə görə, əlavə dəyişikliklərin təklif edildiyi qanun hakim Liberal Demokratik Partiyası (LDP), onun koalisiya tərəfdaşı Komey-to Partiyası və əsas müxalifət partiyası – KDP-dan olan deputatların səs çoxluğu ilə qəbul edilib.
Xatırladaq ki, qanun layihəsi parlamentin aşağı palatası tərəfindən ötən ay təsdiqlənib.
Qəbul edilən yeni qanuna əsasən, konstitusiyaya dəyişikliklər məqsədilə təşkil ediləcək referendum zamanı vağzallarda və ticarət mərkəzlərində seçki məntəqələrinin təşkilinə icazə veriləcək. Həmçinin bildirilir ki, yeni qanuna görə, balıqçılıq üzrə məktəblərin tələbələri gəmilərlə uzaq səfərlər zamanı səsvermə imkanına malik olacaqlar.
 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM