21:35 15 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
14:25 15.04.2021 Onlar bizə əmanət!
 

Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaponiyada işdə və məktəbdə ağlamaq öyrədirlər
ANA SƏHİFƏ / DÜNYA
15:39 15.10.2018

Yaponiyada həm tələbələrin, həm də işçilərin psixi sağlamlığını təmin etmək, stressi aradan qaldırmaq məqsədilə məktəblərdə və şirkətlərdə tədris olunan "ağlamaq məşğələləri” zaman keçdikcə daha çox populyarlıq qazanır.

AZƏRTAC "The Japan Times” qəzetinə istinadla xəbər verir ki, ekspertlər göz yaşlarını yığılan gərginlikdən müdafiə vasitəsi hesab edirlər. Mütəxəssislərin fikrincə, ağlamaq stressdən qurtulmaq üçün gülüş və yuxudan daha effektivdir. Göz yaşlarını stimullaşdırmaq üçün sentimental filmlərdən, qəmli musiqilərdən və ilhamverici kitablardan istifadə etmək lazımdır.

2015-ci ildə Yaponiyada qüvvəyə minən qanuna görə, əməkdaşlarının sayı 50 nəfəri ötən yerli kompaniyalar öz işçiləri arasında stress testi keçirməlidir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM