14:39 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaponiya Yer orbitindəki mikro-tullantılara nəzarət etmək üçün yeni sistem yaradır
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
12:01 29.01.2014

 

Yaponiya hökumətinin qəbul etdiyi qərara əsasən, Yer orbitindəki kosmik tullantıları izləmək, nəzarətdə saxlamaq üçün yeni yaradılacaq sistem ölkənin silahlı qüvvələrinin imkanlarından da istifadə edəcək.  Layihənin həyata keçirilməsi üçün müzakirələr aprel ayından başlayacaq yeni maliyyə ilində aparılacaq.

Kosmik zibil - istismarı dayandırılmış peyklərdən, kosmik missiyalar  zamanı orbitə atılan texniki və digər  qalıqlardan ibarət  tullantı yığınıdır.  Dəqiq olmayan hesablamalara görə, hazırda orbitdə 16 mindən  artıq müxtəlif ölçülü lazımsız obyekt var və onların hər biri saniyədə 10 kilometr sürətlə hərəkət edir. Ən kiçik - bir neçə millimetrlik detal  belə bu sürətlə fəaliyyətdə olan hər hansı bir peykə çarpılmaqla ona ciddi xətər yetirə, sıradan çıxara bilər.  Yaponların fikrincə, belə  ehtimallar nəinki ölkənin rabitə-kommunikasiya və izləmə sistemləri, iqtisadiyyatı, həmçinin milli təhlükəsizliyi üçün ciddi təhlükə törədir.

Yaponiyanın aerokosmik agentliyi JAXA kosmik tullantıları radar və teleskoplar  vasitəsilə fasiləsiz izləsə də, təşkilatın texniki imkanları yalnız ölçüləri bir metrdən yuxarı olan  obyektləri nəzarətdə saxlamağa imkan verir. Bu səbəbdən də sistemdə Yaponiyanın raket əleyhinə müdafiə  kompleksinin imkanlarından, həmçinin silahlı qüvvələrə aid müasir EPS-5 radarından istifadə olunması nəzərdə tutulur.

JAXA agentliyi  100 kilometr hündürlükdə və daha yüksəkdə ballistik raketləri  qeydə almağa qadir EPS-5 radarının sistemə qoşulmasında israrlı olsa da,  hərbiçilər bu ideyaya bir qədər tərəddüdlə yanaşırlar. Onlar  raket əleyhinə müdafiə sisteminin zəifləyəcəyindən ehtiyatlanırlar. Şimali Koreya tərəfindən artan raket təhlükəsi, həmçinin Çinin hərbi cəhətdən də güclənməsi fonunda Yaponiya raket əleyhinə müdafiə sistemini daha da genişləndirmək və modernləşdirmək niyyətində olduğundan mövcud sistemin təyinatında dəyişiklik hərbçilərin ürəyincə deyil.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM