19:50 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaponiya yeni nəsil superkompyuter yaratmaq fikrindədir
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
06:03 28.03.2014
Yaponiyanın Riken elmi tədqiqat institutu yeni nəsil superkompyuter yaratmaq fikrindədir. O, “Key” adlanan mövcud superkompyuterdən 100 dəfə daha güclü olacaqdır. “Key” superkompyuteri, həmçinin Yaponiyanın bu elmi müəssisəsinə aiddir və ən məhsuldar kompyuterlərin qlobal reytinqində dördüncü yerdə qərarlaşmışdır.

Bildirilir ki, layihəyə 140 milyard yena (təxminən 1,37 milyard ABŞ dolları) ayırmaq planlaşdırılır. Superkompyuter üzərində aparılan işlərin 2020-ci ildə başa çatdırılacağı gözlənilir.
Ən yeni superkompyuterin yaradılmasında Riken universitetinin öz mütəxəssisləri aparıcı rola malik olacaqlar, lakin kənar investorların və mütəxəssislərin iştirakı istisna edilmir. Yapon alimləri mövcud “Key” superkompyuterindən istifadədən imtinaya hazırlaşmırlar. Kompyuter texnikasının yeni möcüzəsi Kobe şəhərinin yaxınlığındakı Port Ayland süni adasında öz ulu babasının yanında quraşdırılacaqdır.
Yeni superkompyuter saniyədə kvintilyon hesablama aparacaqdır ki, bu da sözügedən sahədə lider “Tyanhe-2” “maşın”ını xeyli üstələyir.
Yapon mütəxəssisləri layihəyə böyük ümid bəsləyirlər və hesablayırlar ki, superkompyuter təbii fəlakət hadisələrinin modelləşdirilməsində xeyli kömək göstərəcək, həmçinin avtomobil sənayesində ona tələbat olacaqdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM