02 Sentyabr 2020 16:35
2146
Qəbullar
A- A+

Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Cuniçi Vada: Cənab Prezident, mənim Azərbaycan Respublikasına fövqəladə və səlahiyyətli səfir təyin olunmağımla bağlı etimadnamə məktubunu və sələfimin məktubunu Sizə təqdim etməkdən şərəf hissi duyuram. Həmçinin icazə verin, əlahəzrət Yaponiya İmperatorunun xoş arzularını da Sizə çatdırım. O, COVID-19 infeksiyası nəticəsində ölkənizin üzləşdiyi istənilən çətinliklərə görə dərin təəssüf hissini bildirir və səmimi qəlbdən ümid edir ki, iki ölkə arasında dostluq münasibətləri gələcəkdə daha da yüksək səviyyəyə qalxacaqdır. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Sizi görməyə çox şadam. Mənim də ən xoş arzularımı əlahəzrət İmperatora çatdırmağınızı sizdən xahiş edirəm. Mən sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzu edirəm. Əminəm ki, siz çox məşğul olacaqsınız, çünki Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Əməkdaşlığımızın çox geniş gündəliyi var. Əvvəla, bizim siyasi dialoqumuz çox fəaldır. Biz iqtisadi sahədə çox yaxşı nəticələr görürük. Çox şadıq ki, yapon şirkətləri Azərbaycanda iş qurmaqda maraqlıdırlar. Onlar yaxşı investorlardır. Onlar Azərbaycanın neft və qaz sektoruna çoxlu vəsait yatırıblar.

Ümidvaram ki, iqtisadiyyatımızın digər sektorlarına da maraq olacaqdır. Xüsusilə biznes mühiti ilə bağlı vəziyyətin yaxşılaşdırılmasını nəzərə alaraq Azərbaycan əcnəbi şirkətlər üçün cəlbedici olmağa davam edir. Biz, həmçinin müxtəlif layihələrə maliyyə dəstəyi göstərdiyinizə görə sizə minnətdarıq. Yapon banklarının və maliyyə institutlarının maliyyə dəstəyi ilə biz enerji infrastrukturumuzun iki mühüm layihəsini icra etdik - iki elektrik stansiyası, sınaq stansiyaları, "Şimal-1” və "Şimal-2”. Ümumi gücü 800 meqavata yaxındır. Əlbəttə ki, bu, bizim enerji təhlükəsizliyimizə böyük töhfədir.

Beləliklə, biz yapon şirkətlərinin burada çalışdığına şadıq və həmçinin müxtəlif sosial layihələrə göstərdiyiniz könüllü dəstəyinizə görə sizə təşəkkürümüzü bildirmək istəyirik. Bu layihələr təhsil, infrastruktur, müxtəlif kəndlərdə su təchizatı ilə bağlıdır. Biz bu dostluq jestini çox yüksək qiymətləndiririk və buna görə mən bir daha sizin hökumətinizə öz təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, üzümüzə gələn illərdə biz bu sıx əməkdaşlığı gücləndirəcəyik. Mən sizə ölkəmizdə vəzifənizin icrası ilə bağlı uğurlar arzulayıram.

Səfir Cuniçi Vada: Çox sağ olun, cənab Prezident. Demək olar ki, 30 il ərzində hər iki ölkə arasında qarşılıqlı anlaşma və dostluğun dərinləşməsinə görə minnətdaram. Bizi narahat edən heç bir siyasi məsələ yoxdur. Biz biznes və iqtisadi əməkdaşlıq sahəsində çoxlu layihə və proqramların icrasına nail olmuşuq. Hər iki xalqın nümayəndələri arasında mübadilə çox sürətlə artmışdır. Biz çox şadıq. Mən əməkdaşlıq sektorlarının daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün əlimdən gələni edəcəyəm, Siz qeyd etdiyiniz kimi, təkcə neft və qaz sahəsində yox. Məsələn, vurğulamaq istərdim ki, informasiya texnologiyaları cəmiyyətin transformasiyasıdır və ya ekologiya, iqlim dəyişikliyinə aid müxtəlif məsələlər, əlbəttə ki, kənd təsərrüfatı, turizm və bir çox digər sahələr. Beləliklə, mən əlimdən gələni edəcəyəm.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video