13 Sentyabr 2021 21:20
699
DÜNYA
A- A+

Yaponiya Rusiyanı hava sərhədlərini pozmaqda ittiham edib

 

Rəsmi Tokio Yaponiyanın hava məkanının Rusiyanın An-26 təyyarəsi tərəfindən pozulması ilə bağlı diplomatik kanallar vasitəsi ilə Moskvaya  etiraz göndərib. Bu barədə Nazirlər Kabinetinin baş katibi Katsunobu Katoya istinadla TASS  agentliyi xəbər verir.

"Xarici İşlər Nazirliyi diplomatik kanallarla Rusiya tərəfinə etiraz göndərib və bu cür insidentlərin təkrarlanmasına yol verilməməsini tələb edib", — deyə Kato vurğulayıb. Onun dediyinə görə, indi Yaponiya baş verənləri təhlil edir və Rusiya təyyarəsinin hansı məqsədlə iki dəfə səmada olduğunu müəyyənləşdirməyə çalışır.

Xatırladaq ki, sentyabrın 12-də Yaponiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiyanın An-26 təyyarəsi ölkənin şimalında yerləşən Hokkaydo adası yaxınlığında hava məkanını iki dəfə pozub.

Moskvanın bu ittihamlara reaksiyası yoxdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video