28 Avqust 2013 12:08
391
Təhsil
A- A+

Yaponiya hökumətinin dəstəyi ilə Şəkidə peşə təlimi məktəbinin təmiri layihəsi reallaşmışdır

 

Avqustun 27-də Şəkidə Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı" çərçivəsində həyata keçirilən "Şəki şəhərində peşə təlimi məktəbinin binasının təmiri" layihəsinin başa çatması münasibətilə mərasim keçirilmişdir.

Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe, Təhsil Nazirliyinin rəsmiləri, şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

AzərTAc xəbər verir ki, mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində son illər ilk peşə-ixtisas təhsilinin statusunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edildiyini diqqətə çatdırmışdır.  Qeyd etmişdir ki, ölkə iqtisadiyyatının sürətli inkişafı ixtisaslı kadrlara tələbatı da artırmışdır. Odur ki, peşə təhsili sahəsində islahatların sistemli şəkildə davam etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Nazir bildirmişdir ki, 1966-cı ildə yaradılmış və 1998-1999-cu tədris ilindən hazırkı binada fəaliyyət göstərən peşə məktəbində bu günədək əsaslı təmir işləri aparılmamışdır. Diqqətə çatdırılmışdır ki, müasir avadanlıqla təchiz edilən peşə məktəbində növbəti tədris ilindən başlayaraq bir sıra ixtisaslar üzrə kadr hazırlığına başlanılması planlaşdırılır. Şəki rayonunun turizm potensialı nəzərə alınaraq bu təhsil müəssisəsində turizm və xidmət sahələri üzrə yeni ixtisasların tədris edilməsi üçün müvafiq şərait yaradılmışdır.

Qeyd olunmuşdur ki, Təhsil Nazirliyi peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə "Müasir Azərbaycan peşəkarları" layihəsinin icrasına başlamışdır. Bu layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulmuşdur.

Mərasimdə çıxış edən səfir Şusuke Vatanabe icrası başa çatan bu layihə üzrə Yaponiya səfirliyi ilə "Şəki Ekologiya və Təhsil Mərkəzi" İctimai Birliyi arasında 2013-cü ilin fevralında qrant müqaviləsinin imzalandığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, layihənin əsas məqsədi Şəki peşə məktəbində oxuyacaq tələbələrin təhsil şəraitini yaxşılaşdırmaqdır. Məktəbdə Şəkidən və qonşu rayonlardan olan tələbələr təhsil alacaqlar. Layihənin ümumi dəyəri 122 min 513 ABŞ dolları təşkil edir.

Mərasimdə Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Şəki Şəhər İcra Hakimiyyəti arasında əməkdaşlığın uzun illərdir ki,  uğurla davam etdiyi diqqətə çatdırılmışdır. Yaponiya hökumətinin qrant yardımı proqramı çərçivəsində hazırkı layihə də daxil olmaqla indiyədək Şəkidə müxtəlif sahələri əhatə edən 13 layihə üzrə qrant müqaviləsinin imzalandığı bildirilmişdir. Bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.

Məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülmüş işlərlə tanış olmuşlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video