11:00 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşüb
ANA SƏHİFƏ /
13:26 17.04.2021

 

Aprelin 16-da Bakı Ali Neft Məktəbinin rektoru, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov partiyanın Gənclər Birliyinin bir qrup fəal üzvü ilə görüşüb.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdən əvvəl gənclər bu ali təhsil ocağı ilə tanış olublar. Tanışlıq zamanı məlumat verilib ki, Bakı Ali Neft Məktəbi dövlətimizin başçısı İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli Fərmanı əsasında SOCAR-ın strukturunda yaradılıb. Ali təhsil ocağı ilk gündən Azərbaycan universitetlərinin reytinq cədvəlində liderliyini qoruyub. Bu ali təhsil ocağının yaradılmasında məqsəd fəaliyyətini xaricdə genişləndirən SOCAR-ın, eləcə də ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında təhsil almış ingilisdilli mütəxəssislərə olan ehtiyacını ödəməkdir. Bu məqsədə çatmaq üçün, ilk növbədə, Bakı Ali Neft Məktəbində müasir tələblərə cavab verən təhsil infrastrukturu yaradılıb, tədris prosesinə yüksəkixtisaslı professor-müəllim heyəti cəlb olunub, tədrisə dəstək məqsədilə zəngin kitabxana-informasiya fondu qurulub.

Bildirilib ki, bu təhsil ocağının tələbələri transmilli, beynəlxalq neft-qaz şirkətlərində, o cümlədən SOCAR-ın müəssisələrində istehsalat təcrübəsi keçirlər. Bu da onların gələcəkdə beynəlxalq standartlara uyğun kadrlar kimi yetişmələrinə imkan yaradır.

Tanışqlıq zamanı vurğulanıb ki, dövlətimizin başçısı İlham Əliyev 2017-ci ilin mayında Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib. Açılışdakı nitqində Prezident İlham Əliyev xüsusi qeyd edib ki, bu məktəbin yaradılması və artıq belə gözəl şəhərciyə köçməsi Azərbaycanın “qara qızıl”ı insan kapitalına sərmayə kimi qoyduğunu bir daha göstərir. Azərbaycanın uğurlu neft siyasəti bu gün bütün sahələrə, o cümlədən təhsil sisteminə öz müsbət təsirini göstərib.

Bakı Ali Neft Məktəbində təhsilin yüksək səviyyədə təşkilinə yaradılan şəraitdən məmnunluqlarını ifadə edən YAP Gənclər Birliyinin üzvləri xoş təəssüratlarını ali təhsil ocağının akt zalında davam etdirilən görüşdə bir daha bölüşüblər.

Gənclərlə görüşən Bakı Ali Neft Məktəbinin rektoru, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov onları salamlayaraq görüşün səmimiyyət əsasında davam etməsi üçün hər bir gənclə ətraflı şəkildə tanış olub.

Birgə diskussiya şəklində davam edən görüşdə E.Qasımov ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan geniş bəhs edib. Bildirib ki, dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir : dünya təcrübəsinə nəzər salsaq görərik ki, ölkələrin inkişafında əsas amil təhsildir, bilikdir, yeni texnologiyalardır. Bu gün Azərbaycanın dünyada innovasiyalar ölkəsi kimi tanınması və nüfuz qazanması məhz dövlətimizin həyata keçirdiyi təkmil islahatlara, yeniliyə, modernləşməyə meyilli olmasına əsaslanır. Yeni texnologiyaların tətbiqi təbii olaraq öz növbəsində yüksəkixtisaslı kadrların yetişdirilməsini tələb edir ki, bu gün ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində, o cümlədən Bakı Ali Neft Məktəbində tələbələrin elmi biliklərini artırmaları, elmin dərinliklərinə yiyələnmələri üçün zəruri olan bütün şərait yaradılıb. Müasir çağırışlara uyğun olaraq gənclərimiz dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alırlar.

E.Qasımov bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının daim gənclərə böyük diqqət və qayğı ilə yanaşdığını, onların potensial imkanlarından səmərəli istifadə edildiyini diqqətə çatdırıb.

YAP İdarə Heyətinin üzvü bu fikri xüsusi vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir. Bu gün partiyada təmsil olunan 750 mindən artıq üzvün böyük əksəriyyətini gənclər təşkil etməsi məhz partiyada onlara öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydanın açılmasından xəbər verir.

Həmçinin bildirilib ki, belə görüşlərin davamlı olması əlaqələrin inkişafına, eyni zamanda, gənclərin təhsillə bağlı onları düşündürən suallara cavab tapmalarına böyük dəstək olacaq.

Dövlətimizin başçısı İlham Əliyevin 2017-ci ildə Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında ifadə etdiyi “Neft və qaz bundan sonra da ölkəmizin inkişafına xidmət göstərəcək, qeyri-neft sektoru isə ölkə iqtisadiyyatını şaxələndirəcək. Gənclər bizim uğurlu gələcəyimizi təmin edəcəklər. Beləliklə, Azərbaycan dövləti yaşayacaq, güclənəcək və xalqımız qürur hissi ilə bunu görərək daha da böyük həvəslə ümumi işimizə töhfə verəcək” əminliyini bir daha önə çəkən E. Qasımov gənclərimizi ölkəmizin daha da möhkəmlənməsində, qüdrətlənməsində fəal olmağa çağırıb. Bu fikir xüsusi qeyd olundu ki, Azərbaycan gəncliyi Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı, şücaəti ilə dövlətinə, xalqına bağlılığını dünyaya nümayiş etdirib. Azərbaycan gəncliyi ilə qürur duyuruq.

Tədbirdə iştirak edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov səmimi münasibətə, yaxın tanışlıq üçün yaradılan şəraitə görə YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova minnətdarlığını ifadə edib. Belə görüşlərin davamlı olacağına inandığını vurğulayıb.

Diskussiya şəklində davam edən görüşdə Bakı Ali Neft Məktəbinin rektoru gəncləri maraqlandıran sualları cavablandırıb.



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM