12 Iyun 2021 00:53
957
İQTİSADİYYAT
A- A+

Yanvar-may aylarında ölkə üzrə 18,8 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir

 

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-may aylarında 18,8 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz az sənaye məhsulu istehsal edilmişdir.

Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,2 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,2 faiz artmışdır.

Sənaye məhsulunun 62,5 faizi mədənçıxarma sektorunda, 31,2 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 7,7 faiz artmışdır.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 4,4 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, maşın və avadanlıqların istehsalı 98,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 96,3 faiz, tütün məmulatlarının istehsalı 86,3 faiz, elektrik avadanlıqlarının istehsalı 81,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 43 faiz, kağız və karton istehsalı 41 faiz, tikinti materiallarının istehsalı 29,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,6 faiz, geyim istehsalı 20,5 faiz, qida məhsullarının istehsalı 7,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,3 faiz, neft məhsullarının istehsalı 3,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 2,4 faiz artmış, hazır metal məmulatlarının istehsalı 4,7 faiz, içkilərin istehsalı 8,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 9,8 faiz, mebel istehsalı 28,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,7 faiz, poliqrafiya məhsullarının istehsalı 63,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 70,9 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,6 faiz artmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video