12:12 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yalnız bir vərdişdən imtina ömrü 28 il uzada bilər
ANA SƏHİFƏ / DÜNYA
17:07 12.04.2021

 

Həyatı necə uzatmaq olar? Bu suala Karolina İnstitutundan bir qrup ekspert cavab verməyə çalışıb. Alimlər geniş araşdırma aparıblar və nəticələr "Express" nəşrində dərc olunub.

Mütəxəssislər Danimarka, Finlandiya və İsveçdə alkoqol pozuntusu olan insanların həyat müddətini təhlil ediblər. 20 illik müşahidə dövründə bütün növ xəstəliklərdən  ölüm halları spirtli içkilərə meyilli olanlar arasında  əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Orta hesabla, onların ömür müddəti 28 il azalıb.

Həkimlər xəbərdarlıq edirlər-alkoqol beyinin, ürəyin və qaraciyərin işinə mənfi təsir edir. Alkoqolun müntəzəm istifadəsi müxtəlif xərçəng növlərinin riskini artırır. Həmçinin, alkoqolizm bir sıra digər ağır xəstəliklərə səbəb olur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM