02 May 2014 10:05
415
PARLAMENT
A- A+

Yalan ayaq tutar, yeriməz

Bu günlərdə “Transparency İnternational” təşkilatının Azərbaycan üzrə bölməsi - “Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi ölkəmiz, o cümlədən Milli Məclis haqqında həqiqətə uyğun olmayan qərəzli hesabat yaymışdır. Şər və böhtan dolu bu sənəd geniş ictimaiyyətin, o cümlədən parlamentin mayın 2-də keçirilən iclasında deputatların narazılığına və tənqidinə səbəb olmuşdur. Ara-sıra bəzi KİV-lərdə ölkənin siyasi sistemi və parlamenti haqqında gedən qərəzli məlumatları toplayıb hesabat adı ilə cəmiyyətə təqdim edən bu qüvvələrin fəaliyyəti deputatlarda haqlı suallar doğurmuşdur.

Bundan narahat olan “Transparency İnternational” təşkilatının Azərbaycan üzrə bölməsi sağlam tənqidi qəbul etmək əvəzinə növbəti böhtan xarakterli bəyanatla çıxış etmişdir. Onların iddiasına görə yuxarıda adı çəkilən hesabatın hazırlandığı dövrdə parlament rəhbərliyinə göndərilən sorğuya guya cavab verilməmişdir. Əslində isə qurumun Milli Məclisə ünvanladığı 2013-cü il 2 sentyabr tarixli 02/09/B-Tİ-Az-03 saylı sorğusuna həmin il sentyabrın 18-də geniş və ətraflı cavab verilmiş, bununla bağlı cavab məktubu onların [email protected] e-mail ünvanına göndərilmişdir.
Göründüyü kimi, özünü şəffaf hesab edən bu qurum əslində şəffaflıqdan uzaq “nə qədər bacarırsan yalan danış” prinsipi ilə fəaliyyət göstərir.

Milli Məclisin
Mətbuat xidməti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video