18 Sentyabr 2011 12:09
416
Mədəniyyət
A- A+

Yaddaşlarda yaşayanlar

 

Vətənin oğul deyib ədalət və cəsarətinə güvəndiyi tarixi şəxsiyyətlərimiz az olmayıb. Təəssüflər ki, xalqımızın belə qəhrəmanları  yetərincə olsa da, onların bəziləri sonrakı nəsillərə təqdim olunmayıb. Bunun əsl səbəbi kimi, müxtəlif dövrlərdə ictimai quruluşların gətirdiyi siyasi ab-hava göstərilir. Bununla yanaşı, xalqın yetişdirdiyi, ədalət və cəsarət simvolu sayılan igidləri qəlbimizdə saxlamışıq. Zaman-zaman torpaqlarımızın işğalına çalışmış erməni daşnak quldurlarının cavablarını verənlərin, xalqın qəlbində əsl qəhrəman kimi yaşayanların arasında laçınlı Sultan bəylə Xosrov bəy qardaşlarının son illər adları daha tez-tez çəkilir. Bunun səbəbi məhz onların vətənpərvərlikləri ilə bağlıdır.

Dövlət müstəqilliyimizin bərpasından sonra  belə tarixi şəxsiyyətlərin xalqımıza qaytarılması (əslində, onlar daim qəlblərdə yaşayıblar) istiqamətində  mühüm işlər görülür. Bu mənada  tarix elmləri doktoru, professor Ziyadxan Nəbibəylinin "Nurlar" nəşriyyatında çapdan buraxılan "Sultan bəy və Xosrov bəy qardaşları" kitabının geniş oxucu auditoriyasına çıxarılmasının böyük əhəmiyyəti var.

Ötən əsrin 20-ci illərində Zəngəzur-Qarabağ bölgəsində xarici havadarlarının fəal hərbi-siyasi dəstəyi ilə erməni daşnakları tarixdə xalqımıza qarşı misli görünməmiş amansızlıqlar törətmiş, soyqırımı siyasəti yürütmüşlər. Etnik təmizləmə siyasəti həyata keçirmiş erməni-daşnak hərbi dəstələrinə qarşı ümumxalq mücadiləsinin başında duran xalq qəhrəmanı Sultan bəyin anadan olmasının 140 illiyi ilə əlaqədar işıq üzü görmüş  yeni nəşr "Zəngəzur" Cəmiyyətləri Birliyinin elan etdiyi müsabiqənin şərtlərinə uyğun təqdim edilən ən yaxşı elmi-tarixi əsərlərdəndir.

Adı çəkilən  kitabın işıq üzü görməsində məqsəd təkcə ata Paşa  bəylə oğulları Sultan bəy və Xosrov bəyin  xalqımıza bir daha təqdim olunması deyil.  Qarabağın  aranlı-dağlı ellərinin tarixi, etnoqrafiyası, məişəti, təsərrüfatı barədə  elmi axtarışların nəticəsindən toplanmış kitabda bu torpağın yetirmələri kimi,  onlar dosta dost, düşmənə düşmən xarakterli qəhrəman olaraq göstərilirlər. Müəllif  haqlı olaraq göstərir ki, əsas məqsədi erməni daşnaklarının xalqımıza hansı zillətləri verdiklərini, onlara qarşı aparılmış nümunəvi mübarizəni  yaddaşlara və tarixə həkk etməkdir. Elmi və tarixi axtarışların nəticəsi olan bu  publisistik əsər Azərbaycanın qədim torpaqlarından olan Zəngəzur mahalının Hacısamlı bölgəsinin yetirməsi Sultan bəydən, qardaşı - Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Gəncə və Qarabağın general-qubernatoru Xosrov bəydən, atası Paşa bəydən və təmsil olunduqları Qarabağ - Zəngəzurun və onun Laçın bölgəsinin etnomənəvi dəyərlərindən bəhs edir.

 

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video