05 Iyun 2012 12:06
544
Səhiyyə
A- A+

Xüsusi Müalicə - Sağlamlıq Kompleksində hollandiyalı həkim – professor tərəfindən bütün növ ultrasəs müayinələri aparılır

 

Bakının Badamdar şosesi - 31 ünvanında (Botanika bağının yaxınlığında) fəaliyyət göstərən Xüsusi Müalicə - Sağlamlıq Kompleksində həftənin şənbə və bazar günlərindən başqa qalan beş günündə rentgenoloji, kompyuter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası, mammoqrafiya və bütün növ ultrasəs müayinələri aparılır, xəstələrə məsləhətlər verilir.

AzərTAc xəbər verir ki, bütün bu müayinələr iyunun 25-dək hollandiyalı professor, Niderland Krallığının Cauda - konsultant radioloqu, Avropanın kardiovaskulyar və müdaxili radiologiya cəmiyyətinin üzvi, Niderland Krallığının Radioloqlar Assosiyasiyasının sədr müavini, UEMS radiologiya şöbəsinin rəhbəri, 20 ilə yaxın bir müddətdə konsultant-radioloq işləmiş Peter Pattinama tərəfindən həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video