Xoş təəssüratlara kölgə salmayaq
Dövlət tərəfindən Mingəçevir şəhərinin inkişafı üçün nə lazımdırsa edilir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, cari il fevral ayının 27-də yenidənqurmadan sonra Mingəçevir Su Elektrik Stansiyası, şəhərin su təchizatı sistemi, Mingəçevir elektrik paylayıcı şəbəkəsi, Avtomatik idarəetmə və nəzarət mərkəzi, “Mingəçevir Tekstil” MMC-nin iplik istehsal üzrə iki müəssisəsi, “ASAN həyat” kompleksi istifadəyə verildi. Özü də bunların hamısında dövlət başçısı iştirak etdi.
Sosial sahədə də böyük işlər görülür. Bununla da bağlı xeyli misal çəkmək olar. Məsələn, 430 çarpayılıq mərkəzi şəhər xəstəxanası əsaslı şəkildə təmir edilmiş, Kür Olimpiya Avarçəkmə bazası yenidən qurulmuş, ictimai binalar, mədəniyyət mərkəzləri, şahmat, gənclər mərkəzləri istifadəyə verilmişdir. Şəhərdə turizmin inkişafı ilə bağlı yeni hotellər açılır.
Mingəçevirdə sahibkarlara da əlverişli şərait yaradılmışdır. Amma sahibkarların heç də hamısı yaradılan şəraiti düzgün qiymətləndirmirlər. Bu, ticarət obyektlərində, mağazalarda özünü daha çox büruzə verir. Elə mağazalar var ki, orada çalışanlar barmaqlarını dilləri ilə yaşlayıb pul sayır, polietilen torba açır, qablaşdırılmamış ərzaq məhsullarını əlcəkdən, tutacaqlardan istifadə etmədən götürüb alıcıları narazı salırlar. Belə halların qarşısını almaq üçün yaxşı olardı ki, qida sektorunda çalışan işçilər və satıcılar mütəmadi olaraq tibbi müayinələrdən keçsinlər. Belədə sanitar-gigiyenik qaydalar da pozulmaz.
Axtarsanız, öz maraqları naminə insanları müqaviləsiz işlədib vergilərdən yayınmağa çalışanlara da rast gələrsiniz. Belələri unudurlar ki, işəgötürən vəzifəsini layiqincə yerinə yetirmədiyi təqdirdə bu gün olmasa da, sabah İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilib böyük məbləğdə cərimələnə bilərlər.
Unutmayaq ki, mağazaların xidmətindən təkcə şəhər sakinləri yox, qonaqlar və turistlər də istifadə edirlər. Yəqin ki, onlar da bu qüsurları görür, üzə vurmasalar da, daxilən təəssüf hissi keçirirlər. Axı onlar şəhərimizin gözəlliyindən, təmiz ab-havasından zövq alır, yeri düşəndə qonaqpərvərliyimizdən ağızdolusu danışırlar. Gəlin elə edək ki, xoş təəssüratlara kölgə düşməsin.
İlahə İSMAYILOVA,
Mingəçevir şəhər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
25 Aprel
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may a...
25 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
25 Aprel
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNİB ...
25 Aprel
Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəz...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimi...
25 Aprel
Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkand...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNİB ...
25 Aprel
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iş...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!