25 Fevral 2021 17:39
750
CƏMİYYƏT
A- A+

Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində beynəlxalq konfrans keçirilib  

 

Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar fevralın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), Uşaq Səfirlər Məclisinin və Türkiyə Gənclik Fondunun birgə təşkilatçılığı ilə onlayn formatda beynəlxalq konfrans keçirilib. Əvvəlcə Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında danışılıb və bu faciəni törədənlər şiddətlə qınanılıb.

Uşaq Səfirlər Məclisinin həmsədri Nurlan Cəbrayılzadə yaşlıların, uşaqların, qadınların kütləvi surətdə və amansızlıqla qətlə yetirildiyini heç bir insanlığa sığmadığını diqqətə çatdırıb. O qeyd edib ki, 26 fevral tarixi etnik azərbaycanlıların soyqırımı tarixi kimi yaddaşlara həkk olunub. Bildirib ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. Mindən artıq insan əsir götürülüb ki, onların arasındakı 26 uşağın taleyindən bu günədək məlumat yoxdur: "Günahsız insanların, körpələrin amansızlıqla qətlə yetirilməsi erməni terrorunun və vəhşiliyinin bariz nümunəsidir. Amma heç bir cinayət cəzasız qalmır. Ermənilər də tarix və Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar”. Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə ilə erməni faşizminə ciddi zərbə vuraraq, öz ərazi bütövlüyünü bərpa etdi.

N.Cəbrayılzadə Türkiyə-Azərbaycan qardaşlığından, birlikdə həyata keçirilən layihələrdən də danışıb. O, ulu öndər Heydər Əliyevin "İki dövlət, bir millət" kəlamını misal gətirərək, qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.

Türkiyə Gənclik Fondunun nümayəndələri Erva Esma və Ahmet Tarık qardaş ölkələrimiz, xalqlarımız arasındakı münasibətlərdən danışıb və Xocalı soyqırımını törədənləri qınayıblar.

Sonra Uşaq Səfirlər Məclisinin üzvü Əsmər İsmayılovanın təqdimatında Xocalı faciəsi ilə əlaqədar video nümayiş etdirilib və faciə ilə əlaqədar statistik rəqəmlər diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video