18 Oktyabr 2011 03:10
483
İDMAN
A- A+

«Xəzər-Lənkəran» liderliyini möhkəmlətdi

 

Paytaxt derbisində sevinən tərəf "İnter" oldu

 

Futbol üzrə ölkə çempionatının 9-cu turuna yekun vurulmuşdur. Tur bir sıra maraqlı qarşılaşmalarla və qırmızı vərəqələrin çoxluğu ilə yadda qalmışdır.

Altı oyunun ikisində meydan sahibləri, ikisində isə qonaq komandalar qələbə qazanmışdır. İki matçda isə heç-heçə qeydə alınmışdır. Ötən həftələrdə məhsuldarlığı ilə yadda qalmış çempionatda bu dəfə qapılara cəmi 7 top vurulmuşdur. 

Turun ilk oyun günündə cəmi bir qarşılaşma keçirilmişdir. "Turan" doğma meydanda AZAL-ı qəbul etmişdir. Son dörd turda qələbə qazana bilməyən AZAL səfər oyununda uğursuz seriyaya son qoymaq istəyirdi.  Bunun nəticəsi olaraq qarşılaşma daha çox AZAL-ın üstünlüyü şəraitində keçmişdir. Görüşün 44-cü dəqiqəsində meydan sahibləri azlıqda qalmışlar. Buna baxmayaraq, paytaxt təmsilçisi qol imkanlarından yararlana bilməmişdir-0:0.

Turun ikinci oyun günündə isə beş oyun keçirilmişdir. Premyer Liqada hələ də qələbə qazana bilməyən "Sumqayıt Şəhər" doğma azarkeşləri önündə "Bakı"nı məğlub etməklə bu uğursuzluğa son qoymaq istəyirdi. Hər hansı xal itkisi bakılıların da turnir cədvəlində geriləməsinə gətirib çıxara bilərdi. Lakin matçın əvvəlində meydan sahiblərinin qapıçısı Andrey Popoviçin qırmızı vərəqə alaraq komandasını azlıqda qoyması sumqayıtlıların planlarını pozdu. Məhz bundan sonra daha üstün oyun sərgiləyən bakılılar minimal hesabla (1:0) qələbə qazandılar.

Son turlarda uğursuzluq zolağına düşən "Qəbələ" "Kəpəz"i qəbul edirdi. "Neftçi" "Xəzər Lənkəran" və "Rəvan"a məğlub olmuş "Qəbələ" liderler qrupundan xeyli uzaqlaşmışdı. Aktivində 11 xal olan "Kəpəz" və "Qəbələ" turnir cədvəlinin 6-7-ci pillələrini bölüşürdülər. Üstəlik, bu komandalar arasında indiyədək keçirilmiş dörd oyun heç-heçə ilə başa çatmışdı. İndiki vəziyyət qəbələlilərə qətiyyən sərf etmirdi.

"Qəbələ" bu dəfə, nəhayət ki, uğursuzluğa son qoya bildi. Meydan sahiblərinin qələbə qazanmasına hətta fasilə ərəfəsində azlıqda qalması da mane olmadı. Buna qədər komanda hesabda artıq irəli çıxmışdı. Daha bir qol vuran "Qəbələ"  "Kəpəz"i (2:0 hesabilə) məğlub etdi.

Turun mərkəzi oyunu "Neftçi" və "İnter" komandaları arasında keçirilmişdir. Liderlər qrupunda qərarlaşan komandalardan "Neftçi" 15 xalla turnir cədvəlinin ikinci, "İnter" isə 14 xalla üçüncü pilləsində qərarlaşmışdı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən qarşılaşmanın heç-heçə başa çatması daha çox çempionluq uğrunda yarışan rəqib komandalara sərf edəcəkdi. Bu səbəbdən də "Neftçi" qalib gəlməklə ikinci pillədəki mövqeyini möhkəmlətmək imkanına malik idi. "İnter" isə qələbə qazanacaqları təqdirdə çempionu ikinci pillədən sıxışdırıb çıxaracaqdı. Gözlənildiyi kimi, paytaxt derbisi gərgin mübarizə şəraitində keçdi. Təsadüfi deyil ki, görüşün baş hakimi Elçin Məmmədov düz 8 dəfə futbolçulara vərəqə göstərməli oldu. Həmin vərəqələrdən ikisi qırmızı idi. Görüşün taleyini isə " İnter "in vurduğu  bir qol həll etdi.

Ötən tur səfərdə "Qəbələ"ni məğlub etməklə sürprizə imza atan "Rəvan" evdə "Qarabağ"ı qəbul etdi. Milli komandanın oyunlarından sonra ciddi xal itkisi ilə  üzləşmiş "Qarabağ" buna son qoymağa çalışsa da, istəyinə çata bilmədi. Turnir cədvəlində dördüncü yeri tutan "Qarabağ" "Rəvan"ı məğlub etməklə liderlərə yaxınlaşa bilərdi. Vladislav Qədirovun rəhbərliyi ilə keçirdiyi hər iki oyunda qalib gələn "Rəvan" isə uğurlu seriyanı davam etdirmək istəyirdi. Qarşılaşmada hesabı "Qarabağ" açdı. Artıq hamı görüşün ağdamlıların xeyrinə başa çatacağını düşündüyü bir vaxtda - matçın son saniyələrində Miloş Zeçeviç komandasını məğlubiyyətdən xilas etdi - 1:1.

Premyer Liqanın 9-cu turuna "Xəzər Lənkəran"-"Simurq" qarşılaşması ilə yekun vuruldu. Ötən tur səfərdə "İnter"ə minimal hesabla məğlub olan "Xəzər Lənkəran" Zaqatala təmsilçisini məğlub etməklə liderliyini bir qədər də möhkəmlətmək niyyətində idi. Lənkəranlılar 1:0 hesabı ilə qalib gəlib bu fürsəti  əldən vermədilər.

Beləliklə, 9 turdan sonra turnir cədvəlinə 22 xalla "Xəzər-Lənkəran"  başçılıq edir. "İnter" 17 xalla ikinci, "Neftçi" isə 15 xalla üçüncü pillədədir.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video