26 Sentyabr 2021 15:48
472
CƏMİYYƏT
A- A+

Xəzər dənizində dalğanın hündürlüyü 4,6 metrə çatıb

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 26-sı saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağışın miqdarı Qrız Qudyalçayda 26, Vəlvələçay Təngəaltıda 20, Şabran Gilgilçayda 13, İsmayıllıda 11, Şabranda 10, Altıağacda 9, Gədəbəy, Xaltanda 8, Ləzədə 7 millimetr, Qubada 6, Xarmidorçay Xaltanda 5, Nabran, Daşkəsən, Qəbələdə 4, İsmayıllı, Şamaxı, Göyçay, Qusarda 3, Qudyalçay Xınalıq, Kürdəmir, Xaçmaz, Qobustanda 2, Şəki, Göygöl, Oğuz, Kişçay (Şəki), Tərtər, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada 1 millimetrədək olub.

Bakıda və Abşeron yarımadasına gəlincə isə Maştağaya 21 (aylıq normanın 93 faizi), Bakıya 12 (aylıq normanın 70 faizi), Sumqayıta 8 (aylıq normanın 44 faizi), Pirallahıya 6 (aylıq normanın 41 faizi) yağıntı düşüb.

Yağış nəticəsində Şabran-Gilgilçay və Xarmidorçay Xaltan məntəqəsində sululuq artıb.

Qudyalçay, Xınalıq, Ləzə məntəqələrində, Gədəbəyin yüksəkliklərinə, Kəpəz və Qoşqar dağlarına, Şahdağa ilk qar yağıb. Şahdağda qarın hündürlüyü 1 santimetrə çatıb.

Şimal-qərb küləyi əsib, arabir Tərtərdə 28, Ağdamda 26 Gəncədə 25, Beyləqan, Göyçay, Naftalanda 24, Xınalıq, Daşkəsəndə 23, Bərdə, Xaçmazda 22, Nabran, Tovuz, Yevlaxda 20, Mingəçevirdə 18, Sabirabadda 17, Lənkəran, Xaltan, Şəkidə 15, Bakıda və Abşeron yarımadasında: Neft Daşlarında 32, Maştağada 28, Çilov adasında 27, Bakı, Pirallahıda 25, Qum adasında 20, Sumqayıtda 19 metr/saniyəyədək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4,6 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 26-sı gündüzədək davam edəcək. Sentyabrın 26-sı gündüz yağıntıların tədricən kəsiləcəyi, 27-si havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video