05:34 09 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xarkovda Qocalar evində çoxlu sayda insanın ölümü ilə nəticələnən yanğınla bağlı dörd nəfər saxlanılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:58 22.01.2021

 

Ukraynanın Xarkov şəhərində Qocalar evində çoxlu sayda insanın ölümü ilə nəticələnən yanğınla bağlı dörd nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova məlumat verib.

Onun sözlərinə görə, saxlanılan şəxslər Qocalar evinin sahibi, inzibatçısı, kirayəçisi və onun arvadıdır. Onların barələrində həbs qətimkan tədbirlərinin seçilməsi üçün vəsatət hazırlanır.

Məlumata görə, Qocalar evi qanunsuz fəaliyyət göstərib və qeydiyyatı olmayıb.

Qeyd edək ki, yanvarın 21-i yerli vaxtla 15:03-də Qocalar evinin ikimərtəbəli binasında baş verən yanğın nəticəsində 15 nəfər həlak olub. Faciə ilə bağlı bu gün Xarkov şəhərində matəm elan edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM