07:08 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xarici səyyahlar Şuşa şəhərinə səfər ediblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:52 27.09.2021

 

Kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Qarabağa səfər edən xarici səyyahlar Ağdamdan sonra Şuşaya gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müxtəlif ölkələrdən olan 30-dan çox dünya şöhrətli beynəlxalq səyyahlar əvvəlcə Yuxarı Gövhərağa məscidində olublar. Qonaqlara məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.

Beynəlxalq səyyahlar sonra qala divarları ilə tanış olublar. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Xarici səyyahlar Cıdır düzündə də olub, buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Belçikadan olan səyahətçi Maselis Patrike AZƏRTAC-a müsahibəsində deyib: “Bu gün biz Ağdamda olduq, oradan isə Şuşaya gəlmişik. Azad edilmiş ərazilərdə qısa müddət ərzində geniş bərpa işləri aparılıb. Ağdam Qafqazın Xirosiması sayılır. Mən orada dağıntıları gördüm. Ümid edirəm ki, ora artıq Xirosima olmayacaq”.

Digər səyyah Sonriza Rasko isə deyib: “Ağdamda və Şuşada gördüklərimiz bizdə dərin təəssüratlar yaratdı. Biz müharibənin olmasını istəmirik. Biz gördük ki, Azərbaycan artıq işğaldan azad edilmiş əraziləri bərpa edir. Bu, çox yaxşıdır”.

ABŞ-dan olan səyyah Gina Moreno da işğaldan azad edilmiş ərazilərdə çoxsaylı dağıntıların şahidi olduğunu bildirib: “Bu dağıntıların arxasında insan faciəsi dayanır. Bu, bizi kədərləndirir. Bu dağıntıların aradan qaldırılması isə bizi sevindirir. Şuşa məndə xoş təəssüratlar yaratdı. Şuşa çox xoşuma gəldi”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM