08 Yanvar 2012 12:01
318
İQTİSADİYYAT
A- A+

Xam neftin ixracı davam edir

 

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin dekabr ayında Novorossiysk limanından 155 min 663 ton, Supsa limanından 161 min 697 ton, Ceyhan limanından 1 milyon 645 min 23 ton xam neft ixrac edib.

Ümumilikdə yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 1 milyon 988 min 429 ton, Supsa limanından 2 milyon 652 min 111 ton, Ceyhan limanından isə 22 milyon 969 min 48 ton xam neft ixrac olunub. Sözügedən idarə tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

Şirkətin mətbuat xidmətinin digər məlumatında bildirilir ki, dekabr ayında Kulevi terminalı 210 900 ton neft və neft məhsulu qəbul edib. Həmin dövrdə terminaldan 231 900 ton neft və neft məhsulu ötürülüb.

Ümumilikdə 2011-ci ildə Kulevi terminalı 3 357 830 ton neft və neft məhsulu qəbul edib, 3 341 063 ton isə ötürüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video