30 Avqust 2021 21:25
563
Mədəniyyət
A- A+

Xalq rəssamı Fərhad Xəlilov: Şuşa xalçalarını yenidən burada görmək bizə qürur hissi yaşadır

 

Şuşa xalçalarını yenidən burada görmək bizdə qürur hissi yaşadır. Şuşa xalçaları doğurdan da möcüzədir. Bu gün biz hədsiz xoşbəxtik. Görürük ki, nə qədər böyük işlər görülüb.

Bunu Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən sərgilərlə bağlı təəssüratını bölüşən Azərbaycan Rəssamlar Birliyinin sədri, Xalq rəssamı Fərhad Xəlilov AZƏRTAC-a müsahibəsində söyləyib.

Xalq rəssamı deyib: “Biz doğrudan da yeni həyat yaşayırıq, Vətən müharibəsində Qələbə və bu gün aparılan bərpa işləri bizi bir millət kimi yeni mərhələyə qaldırır. Bir daha Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bu günü bizə yaşatdıqları üçün təşəkkür edirəm”.

Xatırladaq ki, Vaqif Poeziya Günləri çərçivəsində avqustun 30-da Şuşadakı Yaradıcılıq Mərkəzində “Yaddaş. Fotoqrafik tarix”, Rəsm Qalereyasında “Qarabağ – Azərbaycan mədəniyyətinin incisidir” və Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərgilər açılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video