05 Oktyabr 2021 16:45
770
Mədəniyyət
A- A+

Xalq artisti Vaqif Şərifovla vida mərasimi keçirilib

 

Gəncə Dövlət Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Vaqif Şərifov ilə vida mərasimi keçirilib.

Vida mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, Mingəçevir Dövlət Dram Teatrlarının nümayəndələri, Gəncə Dövlət Kukla Teatrının kollektivi, mərhumun ailə üzvləri, şəhər ictimaiyyəti və sənət yoldaşları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xalq artistinin 60 ildən çox çalışdığı teatrın səhnəsinə qoyulan cənazəsi önünə əklil və gül dəstələri düzülüb.

Şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən vida mərasimində əvvəlcə mərhumun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vida mərasimində çıxış edən teatrın rəhbəri, Əməkdar mədəniyyət işçisi Əli Qasımov Vaqif Şərifovla bağlı xatirələrini bölüşüb. Bildirib ki, Vaqif Şərifov ömrünü teatra və sənətə həsr edib. Görkəmli sənətkar 1960-cı ildən Gəncə Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb, 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rejissorluq” fakültəsini bitirib. Fərqli illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, Sumqayıt və Ağdam Dövlət Dram teatrlarında baş rejissor kimi çalışıb. 1981-ci ildən ömrünün sonun qədər Gəncə Dövlət Dram Teatrında direktor, bədii rəhbər və quruluşçu rejissor vəzifələrində işləyib.

Əli Qasımov onu da vurğulayıb ki, Vaqif Şərifov rejissor olmaqla yanaşı, həmçinin bir çox gəncin yaradıcılığında mühüm rol oynayıb. Hazırda sənətkarın davamçıları ölkənin mədəniyyət sahəsində öz xidmətləri ilə sayılıb seçilən xadimlərdəndir.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Vaqif Şərifovun vəfatını ölkə, o cümlədən Gəncə mədəniyyəti üçün ağır itki olduğunu bildirib. Qeyd edib ki, onun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.

Xalq artisti Vaqif Şərifov Gəncə şəhər Fəxri xiyabanında dəfn edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video