01 Yanvar 2012 12:01
465
Mədəniyyət
A- A+

«Xalça» beynəlxalq onlayn jurnalının təqdimat mərasimi keçirilmişdir

 

"Azərbaycan Xalçaçıları" İctimai Birliyinin əsas məqsədi xalçaçılıq sənətinin bugünkü problemlərinin həll edilməsini, Azərbaycan xalçaçılarının yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsini, onların peşəkarlığının artırılmasını və xarici bazarlara çıxışını təmin etməkdir.

Bunun üçün birlik müasir xalçaçılarla xarici bazar arasında əlaqələrin yaradılması, onların sosial statusunun yüksəldilməsi, peşə hüquqlarının müdafiəsi sahəsində iş aparır. Birlik həmçinin mədəni dialoqun yaxınlaşması və inkişafı istiqamətində beynəlxalq sərgilər, ustad dərsləri, sənətkarların görüşlərini keçirir.

Bir sözlə, təşkilat Azərbaycan milli xalçaçılıq sənətinin qorunması, inkişafı və dünyada təbliği istiqamətində bir sıra  layihələrin müəllifi kimi çıxış etmişdir.

Xatırladaq ki, 2011-ci il noyabrın 29-da İndoneziyada keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin altıncı sessiyasında 27 digər qeyri-hökumət təşkilatı ilə yanaşı, "Azərbaycan Xalçaçıları" İctimai Birliyinin müstəqil ekspert kimi qeydiyyata alınması ilə bağlı akkreditasiya edilməsi tövsiyə edilmişdir.

L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində  birliyin  təsis etdiyi "Xalça" beynəlxalq onlayn jurnalının (www.xalca.az) bu günlərdə keçirilən təqdimat mərasimi də həmin layihələrdən biri kimi dəyərləndirilmişdir. Azərbaycan, rus, ingilis dillərində təqdim olunan  "Xalça" onlayn jurnalının əsas məqsədi dərin köklərə malik olan qədim və müasir Azərbaycan, ümumiyyətlə, Şərq xalçaları haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır. Azərbaycanda və dünyada fəaliyyət göstərən xalçaçılar, müasir dövrdə xalçaçılığın inkişaf şəraiti və istehsalı, onların özəlliklərinin araşdırılması, adıçəkilən sənətin keçmişi və bu gününə aid elmi, tarixi və təcrübi məsələlər, xalçaçılıq ənənələrinin qorunub saxlanılması vəziyyəti və problemləri, müasir dövrdə xalçaçılığın gələcək inkişaf və perspektivləri haqqında məlumatlar elektron jurnalda yerləşdirilmişdir. Eyni zamanda, xalqın dünyagörüşü, adət-ənənələri və məişətində xüsusi yeri olan xalça sənətinin dünyada tanıdılması sahəsində aparılan təbliğat işləri - keçirilən beynəlxalq simpoziumlar, elmi konfranslar, nəşr olunmuş kitablar və s.  haqqında məlumatlar  jurnalın  "Azərbaycan xalçaları", "Simpoziumlar, konfranslar", "Şərq xalçası", "Sərgilər", "Xəbərlər" rubrikalarında öz əksini tapmışdır. Burada maraqlı məlumatlarla yanaşı,  izahlı foto-şəkillər, illüstrasiyalar da yerləşdirilmişdir.

"Xalça" beynəlxalq onlayn jurnalının özəlliklərindən biri də ABŞ, İran, İtaliya Macarıstan, Özbəkistan, Türkiyə və  Türkmənistandan olan, beynəlxalq aləmdə tanınmış elm xadimlərinin, xalça mütəxəssislərinin redaksiya heyətində yer almalarıdır.

 

M.NƏRİMANOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video