24 Sentyabr 2011 07:09
579
Səfərlər
A- A+

Xaçmazda Şahmat Məktəbi açılmışdır

 

Sentyabrın 23-də Prezident İlham Əliyev Xaçmaz Şahmat Məktəbinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı şahmat məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Prezident İlham Əliyevin "Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında" sərəncamı və "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"na uyğun olaraq Xaçmaz rayonunda da beynəlxalq standartlara uyğun yeni şahmat məktəbi inşa edilmişdir. Qısa zamanda tikilən məktəbin ümumi sahəsi 720 kvadratmetrdir. Dizaynında şahmat fiqurlarından və digər şahmat elementlərindən istifadə olunan binanın tikintisi zamanı yüksək memarlıq quruluşuna nail olunmuşdur. İkimərtəbəli binanın ətrafında yaşıllıq zolağı salınmış, abadlıq işləri görülmüşdür. 

Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır.

Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada 40 nəfərlik yarış zalı, kompyuter, məşq otaqları və digər otaqlar vardır. Kompyuterlərə xüsusi şahmat proqramları yüklənmişdir. Şahmat məktəbində ən müasir maddi-texniki baza yaradılmışdır. Burada şahmatla peşəkar səviyyədə məşğul olmaq məqsədilə bütün zəruri əyani vasitələr vardır.

Bildirildi ki, məktəbin əsas vəzifəsi idmanın bu intellektual növünün kütləviliyini, şagirdlərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdir. Burada şahmat üzrə müxtəlif səviyyəli yarışlar keçirmək mümkündür.

Şahmat məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video