30 Noyabr 2014 12:11
580
Oxucu məktubları
A- A+

Vurğunuyuq sazın, sözün...

 

Bəşəriyyətin  qeyri-maddi mədəni  irsi siyahısına  Azərbaycan muğamı ilə yanaşı xalq yaradıcılığının unikal növlərindən biri - aşıq sənəti də daxil edilib. Aşıq sənəti tariximizi, milli-mənəvi dəyərlərimizi özündə ehtiva edən və əsrlər boyu nəsildən-nəslə ötürülməklə qorunan tükənməz xəzinədir.

Azərbaycanda aşıqlar yurdu kimi tanınan bölgələr çoxdur. Bu sənət tarixində dağlar qoynunda yerləşən Gədəbəyin də özünəməxsus yeri var. Yəqin ki, gədəbəylilərin saza-sözə, aşıq sənətinə elliklə qəlbən bağlılığı hamıya bəllidir. Bu eldə aşıqsız, sazsız  şənlik, toy-düyün təsəvvür etmək belə mümkün deyil.  Hazırda Gədəbəydə el-obada sevilən, tanınan 150-dən çox aşıq var. Əməkdar mədəniyyət işçisi,  Prezident  təqaüdçüsü Aşıq İsfəndiyar Rüstəmovun rəhbərliyi ilə rayonda “Xalq aşıqları” ansamblı da fəaliyyət göstərir. Ümumiyyətlə, hər gədəbəylinin qəlbi saz üstündə köklənib desək,  yanılmarıq.

Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun himayəsi, Mədəniyyət və Turizm Nazirliyinin və Aşıqlar Birliyinin təşkilatçılığı ilə II Beynəlxalq Aşıq Festivalının iştirakçıları Gədəbəydə də olublar. Türkiyədən, İrandan, Gürcüstandan, Rusiyadan, Özbəkistandan, Qırğızıstandan, Qazaxıstandan, Türkmənistandan və ölkəmizin bütün bölgələrindən olan aşıqlar burada çıxış edərək, bacarıqlarını göstəriblər. Aşıq-ozan el sənətinin yaşadılması, inkişaf etdirilməsi mövzuları ətrafında fikir və təcrübə mübadiləsi aparıblar. Qonaqlar sənətləri, çıxışları ilə Gədəbəyin saz-söz aşiqlərini, rayon əhli də qonaqpərvərlikləri ilə festival iştirakçılarını valeh ediblər.

Onu da qeyd edim ki, aşıq sənətinə həssaslıqla yanaşan dövlət başçısının təşəbbüsü ilə rayonumuzda yeni  aşıq  musiqi  məktəbi tikilərək istifadəyə verilib. Festival  bu müasir və gözəl məktəbdə keçirilib.

 

Etibar NADİROĞLU,

Gədəbəy  Aşıq  Musiqi Məktəbinin direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video