23:36 20 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vitamin deposu

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:37 18.07.2021

 

Qədimdən keçi südü müalicəvi vasitə kimi istifadə olunub. Hətta bu südün müalicəvi xüsusiyyətləri barədə bəhs edən dahi həkim İbn Sina kalium və maqnezium kimi elementlərlə zəngin olan keçi südünün ürəyə olan faydalarını vurğulayıb. XIX əsrdə İsveçrə kurortlarında keçi südü vərəmin müalicəsində geniş şəkildə istifadə olunub.

Keçi südü insanın immun sisteminə müsbət təsir edir, orqanizmin xəstəlikdən sonra bərpa olunmasını sürətləndirir. Tez-tez xəstələnən, zəif uşaqlar üçün keçi südü çox faydalıdır. 3 yaşından başlayaraq uşağın qidalanmasına təbii keçi südü əlavə etmək olar (əvvəlcə kiçik miqdarda).

Keçi südündə əsas vitaminlərin (A, B, D, E) və mineralların (kalium, kalsium, maqnezium, kobalt) miqdarı çoxdur.

Bu süd sümüklər, dişlər üçün xeyirlidir, ürək-damar və sinir sisteminə müsbət təsir edir, mədə-bağırsaq sistemində olan xoraların və eroziyaların sağalmasına kömək edir.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM