15:54 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Virus telefonla aşkarlanacaq

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:27 02.10.2021

 

Türkiyənin Fırat Universitetinin alimləri koronavirus da daxil olmaqla, bir sıra xəstəlikləri sadəcə öskürək vasitəsilə təyin edib diaqnoz qoya biləcək süni intellektə malik proqram yaradıblar.

Hələ ki sınaq mərhələsində olan bu layihə ümidləri doğruldaraq 80 faiz düzgün nəticə verir. İstifadəçilər əvvəlcə proqramı mobil telefonlarına və ya “ağıllı” saatlarına yükləyəcəklər. Daha sonra özlərində hər hansı narahatçılıq hiss etdikdə, sadəcə, proqram işə salınıb aktivləşdiriləcək. İstifadəçi öskürək səslərini proqrama yüklədikdən bir neçə dəqiqə ərzində koronavirus və yaxud hər hansı bir virusa yoluxub-yoluxmadığı haqqında məlumat əldə edəcək.

Bununla həm vaxt və pul itkisinin qarşısı alınacaq, ən əsası isə virusa yoluxmuş şəxslərin digər insanlarla təmasları minimuma enəcək.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM