14 Dekabr 2014 01:12
662
Oxucu məktubları
A- A+

Virtual platformalarda sözlər təhrif olunur

 

Anbaan genişlənən internet dünyasında  hər dilin virtual prototipi yaranmaqdadır. İnternet platformalarında  ünsiyyət və informasiya mübadilələri  zamanı fikirlərin, həmçinin  hisslərin yeni rəqəmsal izhar formaları Azərbaycan dilinə də təsirsiz ötüşmür.

Mənfi təsirin minimuma endirilməsi isə təkcə doğma dilimizin qayda-qanununa məsuliyyətli yanaşmadan keçmir. Əsas şərtlərdən biri  bunu realizə etməyə imkan verən texniki platformanın yaradılmasıdır. Bu da proqram təminatlarından, fərqli əməliyyat sistemlərində onların tətbiqindən ibarətdir.  Mobil rabitə və kompüter texnologiyalarında Azərbaycan dilinin tətbiqi ilə bağlı müəyyən texniki problemlər  isə hələ də qalmaqdadır. Məsələn, kompüter avadanlıqları və ya mobil internet alətlərinin Azərbaycan dili qrafikasına aid spesifik hərflər (şriftlər) zərfi, həmçinin işlətmə (əməliyyat) proqramları ilə   təchizi qismən həyata keçirildiyindəndir ki,  fərdi  istifadəçilərin bir çoxu internetdə sözləri təhrif  edir.  Bu, konkret olaraq Ə, Ş, Ç, Ğ, Ö, Ü və I hərflərinin standart əməliyyat proqramlarında  yoxluğu ilə əlaqəlidir. Problemi kompüterlər proqramlarına əlavələrlə asanlıqla aradan qaldırmaq mümkündür. Hərçənd, bir sıra istifadəçi bunu etmir.  Mobil  internet cihazlarında isə  (istehsalçı tərəfindən proqram təminatı yazılmayıbsa) Azərbaycan dili qrafikası əlavə proqram vəsaiti olaraq cihaza yüklənməlidir. Belə proqramlar, eləcə də Azərbaycan dilində proqram təminatı olan cihaz modelləri son dərəcə azdır.

Nəticədə internet məkanında  “yeni”  Azərbaycan dili “yaranmaqdadır”. Ş əvəzinə W bəzən $, Ə yerinə E, yaxud A yazanda, I (ı)-ları İ (i), Ç-nı C, Ü-nü U (bəzən 4 rəqəmi) ilə əvəzləyəndə  dilimizin eybəcərləşməsi bir kənara, bəzən  mənası anlaşılmayan, yaxud kəskin dəyişən “söz”lər əmələ gəlir. Belə hallar kütləviləşdikcə Azərbaycan dilinə vurulan zərbə də ağırlaşır...

Nə qədər ki, gec deyil, Azərbaycan dilinin virtual məkanda uğradığı deformasiyalar ümumilikdə cəmiyyətin dil mədəniyyətinə sirayət etmədən aradan qaldırılmalıdır. Bunun üçün proqramçılar fəaliyyətə keçməli, kompüter, internet, rabitə cihazlarında istifadəyə yararlı, praktik proqramlar hazırlamalıdırlar. Əlbəttə, bu iş təşkilatlanma və ciddi maliyyə dəstəyi tələb edir. Yəqin ki, istək olsa, bunu da  təmin etmək mümkündür. Azərbaycan dilinin təmizliyinə nail olmaq üçün KİV də  bu sahədə maarifləndirmə işini gücləndirsə, üstəlik yeni dil-təminat proqramlarını tanıtmağa, onlardan kütləvi istifadənin təşviqinə çalışsa nəticə yaxşı olar.

 

Qədir QƏMBƏROV,

Bakı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video