Vətənpərvərliyin ali zirvəsinə yüksələn igid
Vətənə məhəbbət, onun hər qarışının müqəddəsliyi tarixin sınaqlarında, torpaq uğrunda savaşlarda formalaşır. Tarix boyu igid oğullarımız öz qəhrəmanlıqları ilə bunu sübut ediblər, Vətənin bir qarış torpağına görə canlarını fəda etməkdən belə çəkinməyiblər. Bununla həm də yadellilərə, torpağımıza göz dikən nankor qonşularımıza Vətənin nə olduğunu anladıblar, onlara yerlərini göstəriblər. Ötən ilin aprelində də təxribat yolu ilə Azərbaycan torpağında növbəti vəhşiliyi həyata keçirməyə cəhd edən erməniləri cəzalandırmaqla Azərbaycan əsgəri nəyə qadir olduğunu göstərdi. Bu igidlər arasında Orxan Müstəcəbov da var idi.
Orxan 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsindən hərbi xidmətə yola düşmüşdü. Hərbi xidmətdə olarkən dəfələrlə komandanlıq tərəfindən fəxri fərmanla, təşəkkürnamə ilə təltif edilmişdi. O, zabitlik kursunu müvəffəqiyyətlə başa vuraraq ixtisası üzrə qulluq edirdi. Aprel zəfərində Orxanın peşəkarlığının bir daha şahidi olduq. Ordumuzun digər zabit və əsgərləri kimi, Orxan da rəşadətini göstərdi. O, qəhrəmanlığı ilə vətənpərvərliyin ali zirvəsinə yüksəlməyi bacardı. Son nəfəsinə qədər düşmənlə döyüşdü, vətən borcunu şərəflə yerinə yetirərək şəhidlik zirvəsinə yüksəldi. Şəhid gizirimiz Orxan Müstəcəbov aprel ayının 5-də Qobustan rayonunun Yekəxana kənd məzarlığında, atasının yanında torpağa tapşırıldı.
Orxan bu yolu könüllü seçmişdi. Hərbi xidməti başa vurduqdan sonra “torpaqlarımız azad olunana qədər hərbi sahədə çalışacağam” - demişdi. Elə də etdi. Aprel zəfərindən bir ilə yaxın vaxt keçib və bu müddətdə Azərbaycanda yüzlərlə, minlərlə Orxanlar yetişib. Şəhidlik zirvəsinə ucalmaq hər əsgər üçün böyük şərəf, qalanları üçün qürur mənbəyidir. Bu zirvəyə ucalanlar heç zaman ölmür! Mən də ehtiyatda olan əsgərəm. Orxan kimi torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canımdan, qanımdan keçməyə hazıram.
Savalan ALLAHVERDİYEV,
Bakı şəhər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib...
24 Aprel
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
24 Aprel
XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük ö...
24 Aprel
Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb
24 Aprel
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib...
24 Aprel
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!