22 Yanvar 2021 00:48
629
CƏMİYYƏT
A- A+

Vətən üçün doğulanlar torpaq uğrunda canlarını əsirgəmirlər

 

20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə dövlət qayğısı davam edir

 

Xalqımızın milli oyanış və azadlıq mübarizəsinin mühüm mərhələsi olan 1990-cı ilin Qanlı Yanvarından 31 il ötür. 20 Yanvar xalqımızın yaddaşına ağrı-acılı, göz yaşları ilə yazılmışdır.

Bu, təkcə bir elin qəddarlığa, amansızlığa qarşı savaşı deyildi, bütünlüklə millətin ölüm-dirim mübarizəsi idi. Yaşadığımız o gecədən xalqımız qalib, imperiya isə məğlub çıxdı, hərçənd, günahsız soydaşlarımız qanlarına qəltan edildilər.

Vətən üçün doğulmuşlar, torpaq uğrunda şəhid olanlar xalqımız və dövlətimiz tərəfindən unudulmur. 31 ildir ki, davam edən həmin diqqət və qayğının müəllifi Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevdir.

1993-cü ildən Ermənistanın təcavüzü nəticəsində işğala məruz qalmış Kəlbəcərdən didərgin salınan, əsasən ulu Gəncə torpağında müvəqqəti məskunlaşan kəlbəcərlilər arasında da vətən, torpaq uğrunda canlarını əsirgəməyən şəhidlər az deyil. Onların istər yadigarları, istərsə də ata-anaları, doğmaları dövlət qayğısından kənarda qalmayıblar.

20 Yanvar Ümumxalq Hüzn Günündə Kəlbəcər rayon rəhbərliyi 20 Yanvar şəhidi Cabbarov Firuz Vəli oğlunun ailəsini ziyarət etmişdir. Görüşdə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımızın əziz xatirəsi anılmış, onların qəhrəmanlıq salnaməsindən söz açılmışdır. 20 Yanvarın milli azadlıq hərakatının zirvəsi olduğu, o zaman şəhid olmuş insanların xalqımızın qəlbinə azadlıq toxumu əkdikləri bildirilmişdir: “20 Yanvar faciəsi zamanı xalqımızın Ümummilli Lideri Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək bəyanatla çıxış etmiş, bu cinayətin təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı törədildiyini dünya ictimaiyyətinə çatdırmışdır. 20 Yanvar xalqımızın qan yaddaşıdır. Ona görə də o müdhiş günlərdə şəhid olanlarımız Vətən mücahidləri kimi daim qəlbimizdə yaşayacaq, heç vaxt da unudulmayacaq”.

O da vurğulanmışdır ki, ötən müddətdə ölkəmiz qüdrətlənmiş, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edilmişdir: “Biz də doğma Kəlbəcərimizə qovuşmuşuq. Artıq Kəlbəcər öz doğmalarına qucaq açıb. Biz Kəlbəcərdəyik. Tezliklə dədə-baba yurdumuz Kəlbəcərin yeni növrağını yaşayacağıq”.

 

Zahid MUXTAR,

“Kəlbəcər harayı” qəzetinin baş redaktoru

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video