31 Avqust 2014 12:08
619
Oxucu məktubları
A- A+

Vətən necə gözəl imiş

 

Hörmətli redaksiya!

Mən Ukrayna vətəndaşıyam, lakin Azərbaycanda doğulmuşam və bu ölkəyə daha sıx bağlıyam. Anam ukraynalı olsa da, ailəmizdə bir Azərbaycan mühiti var. Yeməklərimiz, musiqimiz, istirahətimiz bir qədər Şərq dəyərləri üstündə qurulub. Atam avtomobil qəzasına düşüb ağır yaralananda anam aylarla onun yanından ayrılmadı. Onu sədaqətli bir qadın, mehriban dost kimi həyatından gileylənmədən atamın qayğısını çəkən görəndə sevinirdim. Mənə elə gəlirdi ki, hər ikisi eyni millətin, eyni xalqın övladıdır.

Atam sağalanda Vətən üçün darıxmışdı. Hamımız onunla bir yerdə Azərbaycana gəldik,  Bakıda olduq. Burada evimiz-eşiyimiz var idi. Sanki Bakını yenidən kəşf etdim.

İndi özüm ali təhsilli mühəndisəm. Ukraynada dinclik pozulub, gərginliklər yaşanılır. Hamı üçün çətindir. Bir müddət yaşadığımız Severodonetsk separatçıların nəzarəti altında idi. İndi şəhərimiz onlardan təmizlənib. Lakin Azərbaycan da müharibə şəraitindədir, burada atəşkəsə əməl olunsa da, savaş bitməyib. Ata yurduna gələndə fikirləşirdim ki, Bakıda vəziyyət bizdəkindən də ağır olar. Lakin sülhdə və əmin-amanlıqda çiçəklənən əsrarəngiz bir şəhər gördüm. Onu gecə-gündüz gəzməkdən yorulmadım. Geri qayıdanda anama dedim ki, əgər ağlım kəssəydi, imkanım olsaydı sizi qoymazdım ki, Bakını dünyanın başqa bir yerinə dəyişəsiniz.

Ürəyimdən azərbaycanlı qızı ilə ailə qurmaq keçir. Bakıdan çıxanda da pıçıldadım ki, gözlə, qayıdacağam.

 

Emil MƏMMƏDOV,

Luqansk vilayəti,

Severodonetsk şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video