15:14 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Xarıbülbül” satış-sərgisinə başlanıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:55 28.09.2021

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 4 saylı DOST Mərkəzində əlilliyi olan şəxslərin əl işlərinin təqdim edildiyi, Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Xarıbülbül” satış-sərgisinə başlanıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərginin açılışında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq əks-hücum əməliyyatı həyata keçirdi. Cəmi 44 gün ərzində Ordumuz şanlı qəhrəmanlıq səhifəsi yazaraq, tarixi Zəfər əldə etdi və 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız işğaldan azad edildi.

Nazir müavini bu gün təşkil olunan “Xarıbülbül” sərgisinin də möhtəşəm Qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunduğunu deyib. A.Əliyev bildirib ki, 44 gün davam edəcək sərgidə məqsəd əlilliyi olan şəxslərin, o cümlədən İnklüziv İncəsənət məktəbi tələbələrinin əsasən Vətənə, işğaldan azad edilmiş torpaqlarımıza, Zəfərimizə həsr olunmuş, ümumən vətənpərvərlik mövzusunda əl işlərinin nümayiş olunmasıdır. Bu sərgi, eyni zamanda, əlilliyi olan şəxslərin yaradıcılıq istedad və qabiliyyətlərinin cəmiyyətə tanıdılması məqsədi daşıyır.

Qeyd edək ki, sərgidə 20-dək şəxsin 100-dən çox əl işi təqdim edilir. Əl işlərinin satışından əldə olunan vəsait də həmin əsərlərin müəlliflərinə təqdim ediləcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM