14:57 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vətən müharibəsi şəhidlərinin xatirəsi İstanbulda anılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:44 26.09.2021

 

Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü və şəhidlərin Anım Günü ilə əlaqədar sentyabrın 26-da İstanbulda anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən mərasim çərçivəsində əvvəlcə İstanbulun tarixi Ayasofya məscidində şəhidlərin ruhuna sübh namazı qılınıb.

Sonra Ayasofya məscidinin qarşısında Türkiyə gəncləri adından yerli və xarici media qurumlarına bəyanat səsləndirilib.

Bəyanatda İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə qazanılan şanlı Zəfərin tarixə qızıl hərflərlə yazıldığı, qardaş Türkiyənin həmişə olduğu kimi, bu savaşda da ölkəmizin yanında yer aldığı xatırlanıb.

Bildirilib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Qarabağ müharibəsinin qısa zamanda Azərbaycanın Qələbəsi ilə başa çatmasının əsas səbəbi Prezident İlham Əliyevin qətiyyəti və sərkərdəlik qabiliyyəti olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günlərindən Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və qardaşını heç vaxt tək qoymadığını söyləyib.

Türkiyə və Azərbaycan qardaşlığının tarix boyunca çətin sınaqlardan keçməsinin vurğulandığı bəyanatda bildirilib ki, 103 il əvvəl - 1918-ci ildə Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin Azərbaycan tarixində mühüm yeri var. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin dediyi kimi, Türk ordusunun Bakıya gəlişi və şəhəri erməni quldur dəstələrinin hücumlarından xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı bu çətin dövrdə türk xalqının köməyini heç vaxt unutmayacaq”.

“Bu tarixi bağın davamı kimi Azərbaycan və Türkiyə prezidentləri bir-birinə “qardaş” deyir, ay-ulduzlu bayraqlarımız bir yerdə dalğalanır. Bu isə dostlarımızda qürur, düşmənlərimizdə qorxu hissi yaradır. Vətən müharibəsində qazanılan Qələbə bölgədə güc balansının dəyişməsinə səbəb olsa da, bu, Azərbaycan ilə Türkiyə arasında yeni birlik və həmrəyliyin növbəti nümunəsi kimi tarixə düşüb. Bu birlik siyasətdən daha üstün, mənəvi birlikdir. Bu birlik tarixə qızıl hərflərlə yazılmış qardaşlıqdır. Can Azərbaycanın yanında olmaqda davam edəcəyik. Bütün dünya Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz və əbədi birlik olduğuna bir daha şahidlik etdi. Şanlı Qarabağ Zəfəri uğrunda canından, qanından keçən şəhidlərimizi hörmət və minnətdarlıqla anır, bir daha “Bir millət, iki dövlət” deyirik”, - deyə Türkiyənin Gənclik Vəqfinin bəyanatında bildirilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM