10 Sentyabr 2021 12:46
713
CƏMİYYƏT
A- A+

Vətən müharibəsi qazisi: “YAŞAT” Fonduna edilən ianələr hesabına həm müalicəmiz aparılır, həm də digər ehtiyaclarımız ödənilir 

 

“YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən və sağalaraq Vətənə geri dönən qazi Qorxmaz Adburəşidov öz təəssüratlarını bölüşüb.

AZƏRTAC xəbər verir ki, qazimiz deyib: “Vətən sevgisi o qədər güclü bir hissdir ki, döyüşə qatılanlar geriyə sağ-salamat qayıdıb-qayıtmayacağını düşünmürdülər. Bundan əmin də deyildik.

Suqovuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı yanımıza düşən tank əleyhinə idarəolunan raketin vurulması ilə yaralandım. Hərbi hospitala köçürüldüm və orada 15 gün komada qaldım. Sol tərəfdən başımın bir hissəsi dairəvi formada açıq vəziyyətdə idi, bir qulağım düşmüş, gözüm dağılmışdı. Əllərim və ayaqlarım ciddi xəsarət almışdı. Türkiyəli həkimlər ölkəmizə gələndə yoxlanışdan keçdim və müalicəmin İstanbulda davam etdirilməsi qərara alındı. “YAŞAT” Fondunun dəstəyi ilə İstanbula göndərildim və orada başımdan əməliyyat olundum. Başıma qapaq qoyuldu, göz protezim dəyişildi və bir neçə qəlpə çıxarıldı. Bundan əlavə, əlimdə bir barmaq sınmışdı və buna görə də əməliyyat edildim. Aparılan müalicə və əməliyyatlardan sonra əllərim, ayaqlarım, başım normal vəziyyətə gəldi. Müalicəmin davam etdirilməsi üçün qəbul etdiyim dərmanlarla bağlı da “YAŞAT” Fonduna müraciət etdim və onları da göndərdilər. İndi özümü yaxşı hiss edirəm.

Döyüşlər vaxtı xalqımız öz duaları ilə, əllərindən gələni əsirgəməyərək bizə dəstək oldu. “YAŞAT” Fondu yaradılandan sonra xalqımız öz dəstəyini fonda ianələr etməklə göstərir. İanələr hesabına həm müalicəmiz aparılır, həm də digər ehtiyaclarımız ödənilir. Bunun üçün hər kəsə minnətdaram”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video