10:00 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vətən müharibəsi bəzi beynəlxalq təşkilatların münaqişəni dondurmaq səylərini fiaskoya uğratdı

ANA SƏHİFƏ / SİYASƏT
00:17 22.09.2021

 

44 günlük Vətən müharibəsi zamanı qazanılan möhtəşəm qələbə xalqımızın ruhunun ifadəsi idi.

Biz, keçmiş məcburi köçkünlər, bu günü 30 il idi gözləyirdik. Torpaqlarımızın düşməndən azad ediləcəyinə zərrə qədər də şübhəmiz olmayıb. Bizdə bu inamı qoruyub saxlayan dövlətimizin ildən-ilə qüdrətlənməsi, dövlət başçısı cənab İlham Əliyevin dəmir iradəsi idi.

Dövlət başçısı həmişə bəyan edirdi ki, münaqişə hərtərəfli həll olunmalıdır. Münaqişə yarımçıq həll oluna bilməz. Münaqişənin həlli ilə məşğul olan beynəlxalq təşkilatların isə istəyi bu idi ki, status-kvo əbədi olaraq qorunub saxlanılsın. Mən uzun illər çalışdığım diplomatik işlərdə, sonradan icma rəhbəri kimi keçirdyim bütün görüşlərdə bunu aydın görürdüm.

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk Qrupu 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı. İllər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Həm işğalçıya, həm də işğala məruz qalan tərəfə eyni münasibət bəslənilməsi, beynəlxalq qətnamələrin icra olunmaması bu təşkilatların məsələlərə ikili standartlardan yanaşmasından xəbər verirdi. Azərbaycan isə əksinə, həmişə məsuliyyətli ölkə olaraq daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. Bütün bu illər ərzində BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Lakin Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyəti dövründə daim xalqımızın maraqlarından çıxış edərək bir addım belə geri çəkilmədi. 44 günlük Vətən müharibəsində qazanılan qələbə beynəlxalq təşkilatların münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq səylərini fiaskoya uğratdı.  

Hesab edirik ki, beynəlxalq ictimaiyyət həlli uzanan münaqişələrdən nəticə çıxarmalıdır. Ədalət öz yerini tapmayanda silahlar işə düşür.

Münaqişənin həlli ilə bağlı Azərbaycan cəmiyyətində həmişə bir fikir hakim olub: düşmən torpaqlarımızdan çıxarılmalıdır. Artıq münaqişə həll olunub.  Azərbaycan Ordusunun qəhrəmanlığı, Azərbaycanın dövlət başçısının dəmir iradəsi, dəmir yumruğu ilə. Biz təkcə müharibəni udmamışıq, həm də Ermənistan ordusunun 80 faizini məhv etmişik. Biz torpaqlarımızı düşmənlərdən azad etmişik. Bu qələbə həm də 200 il ərzində silsilə şəklində ərazilərimizin itirilməsinə bir son deməkdir.

Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Məhz bu effektiv hərbi strategiya və ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Bu Zəfər sayəsində guya “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə birdəfəlik son qoyuldu.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Hər zaman xalqın dəstəyinə arxalanan İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatik və informasiya savaşında da misilsiz rəşadət göstərdi.

Azərbaycana qarşı informasiya blokadasının yarılmasında cənab Prezidentin misilsiz xidməti var. Həm müharibənin gedişi, həm də müharibədən sonra onlarca aparıcı xarici KİV-ə müsahibələr verməklə cənab Prezident informasiya cəbhəsində istiqamətləri dəyişdi. Bu müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur.

 

Tural GƏNCƏLİYEV,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM