17 Fevral 2013 12:02
456
Oxucu məktubları
A- A+

Vətən mənə oğul desə...

 

Kiçik yaşlarımda əsgər görəndə həmişə onlara qeyri-adi maraqla baxırdım. Özümü nə zamansa əsgər paltarında təsəvvür edəndə isə həyəcanlanır, qürur doğuran hisslər keçirirdim. Bayram günlərində Bakının mərkəzi küçələri ilə yürüş edən kursantları, əsgərləri görəndə onların sıralarında olmağı, onlarla addımlamağı, birlikdə gur səslə mahnı oxumağı çox arzulamışdım.

Bir də televiziya kanallarında cəbhə bölgəsindən hazırlanmış verilişlərdə baxışlarından cəsurluq, səslərindən qətiyyət və vətən sevgisi duyulan əsgərlərdən biri olmaq istəyirdim. Nəhayət, illər ötdü, əsgərlik yaşına çatdım və bir gün həqiqi hərbi xidmətə çağırış vərəqəsi alanda ani də olsa uşaqlıq duyğularımı yenidən yaşadım.

Artıq vətənimizin etibar etdiyi oğullardan biri də mənəm.  Bakı şəhərindən uzaqlarda hərbi xidmətdəyəm. Əlbəttə, xidmət asan deyil, çətindir, ancaq çox şərəflidir. Çalışıram ki, komandirlərin əmr və tapşırıqlarını dəqiq yerinə yetirim, təlimlərdə fəal olum. Xidmətim başlayandan yaxşı dostlar qazanmışam. Deyirlər ki, əsgər dostluğu çox möhkəm olur. Hər bir Azərbaycan əsgəri kimi, mənim də ən böyük arzum torpaqlarımızı düşmən işğalından azad edənlərin sırasında olmaqdır. 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının, erməni işğalçılarına qarşı döyüşlərdə həlak olanların ruhlarını sevindirmək üçün döyüşməliyik.

Torpağa ana deyirik. Vətən də ana qədər toxunulmaz və müqəddəsdir. Mən də məktubumun sonunda qalib əsgərlərin yolunu gözləyən ana torpaqlarımıza bir şairin misraları ilə üz tutmaq istəyirəm:

Gözlə, anacığım, gələrəm bir gün,

Yaşlı gözlərini silərəm bir gün...

 

Əli MƏMMƏDOV,

"N" saylı hərbi hissə

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video