17 Yanvar 2012 02:01
412
İQTİSADİYYAT
A- A+

Vergi borclarının yığılmasında beynəlxalq təcrübədən istifadə olunur

 

Vergilər Nazirliyi vergi borclarının yığılması ilə bağlı yeni üsullardan istifadə etmək niyyətindədir.

Nazirlikdən verilən məlumata görə, bir sıra inkişaf etmiş ölkələrin (Avstraliya, Kanada, ABŞ, İrlandiya) təcrübəsi göstərir ki, borclu vergi ödəyicilərinin məlumatlandırılması üçün borc barədə xatırlatma məktubları və SMS-lərin göndərilməsi, mütəmadi telefon zəngləri ilə yanaşı, başqa tədbirlər də səmərəli olur. Bura vergi borclarının vergi ödəyiciləri ilə birgə araşdırılması və könüllü şəkildə, yəni məcburi tədbir görülmədən ödənilməsinin təşviqi üçün görüşlərin və söhbətlərin aparılması aiddir.

Bunun səmərəli mexanizm olduğu nəzərə alınaraq, ötən ilin avqust ayından etibarən vergi borclarının dərhal ödənilməsi, yenidən borclanma riskinin aradan qaldırılması, borcların ödənilməməsi halında vergi orqanı tərəfindən görüləcək tədbirlər barədə vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə Azərbaycanın vergi xidmətində də bu sistemin tətbiqinə başlanılıb.

Bu tədbirlər çərçivəsində ötən ilin avqust ayından etibarən 25 289 borclu vergi ödəyicisi vergi orqanlarına dəvət olunaraq məlumatlandırılıb. Nəticədə dəvət edilmiş vergi ödəyicilərinin 79,9 faizi borclu olduğunu qəbul edərək dövlət büdcəsinə 19 milyon manata yaxın vəsait ödəyib.

Ümumilikdə ötən il vergi borclarının alınması strukturlarına operativ vergi nəzarəti keçirilməsi səlahiyyətlərinin verilməsi, əmlakın siyahıyaalınmasının təkmilləşdirilməsi, yəni vergi qanunvericiliyinin tələblərinə uyğun  satış üçün yararlı olan və vergi ödəyicisinin birbaşa ticarət dövriyyəsində iştirak edən malların siyahıya alınması və icra məmurları ilə birgə işlərin təşkili nəticəsində vergi borclarının məbləği 2011-ci ilin yanvar ayı ilə müqayisədə 19,7 faiz azalıb.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video