19:33 02 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Venger Benzemanı unikal hücumçu hesab edir

ANA SƏHİFƏ / İDMAN
00:32 13.06.2021

 

İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Venger hücumçu Kərim Benzemanın 2015-ci ildən bəri ilk dəfə milli komandaya çağırılmasına təəccüblənmir.

Onun dediyinə görə, Benzemanın keyfiyyətlərinə heç bir şübhə yoxdur: “Bəli, çox mübahisələr olmuşdur, lakin bu, onun oyunu ilə bağlı deyildi. Kərim komandanı birinci edən hücumçudur və bu, idmançı üçün unikal profildir”. Bu barədə GFFN telekanalı xəbər verir.

Xatırladaq ki, 33 yaşlı hücumçu millinin futbolçusu Matye Valbueni şantaj etdiyinə görə baş vermiş qalmaqal üzündən 2015-ci ildə yığmadan kənarlaşdırılmışdı. Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre bildirirdi ki, Benzema heç vaxt yığma komandaya qayıtmayacaq.

Fransa millisi uyunun 15-də “Avro-2020”nin birinci turunda Almaniya yığması ilə görüşəcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM